Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cevdet Yılmaz: Azərbaycanın bütün suveren torpaqlarında ilk dəfəki seçkinin tarixi əhəmiyyəti var

Azərbaycanın bütün suveren torpaqlarında ilk dəfə keçirilən bu seçkinin tarixi əhəmiyyəti var...

“Report” xəbər verir ki, bu fikir Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazın Azərbaycanın Baş naziri Əli Əsədovu təbrikində yer alıb.

Təbrikdə deyilir:

“Hörmətli Baş nazir, əziz qardaşım, 2024-cü il 7 fevral tarixində Azərbaycanda keçirilmiş Prezident seçkilərindən sonra yenidən Baş nazir vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Cənab Prezident İlham Əliyevin seçkilərdə ölkə tarixində ən yüksək səs göstəricisinə nail olduğu tarixi qələbəsinin qardaş Azərbaycan xalqı, ölkələrimiz arasındakı münasibətlər və bütün regionumuz üçün faydalı olmasını arzu edirəm.

Azərbaycanın bütün suveren torpaqlarında ilk dəfə keçirilən bu seçkinin tarixi əhəmiyyəti var.

Qarşıdan gələn yeni dövrdə onsuz da mükəmməl səviyyədə olan güclü əməkdaşlığımızı və əlaqələrimizi daha da möhkəmləndirərək hər zaman olduğundan daha yüksək səviyyələrə çatdıracağımıza inanıram.

Fürsətdən istifadə edərək 2023-cü il 20 dekabr tarixində olkənizə səfərim zamanı göstərdiyiniz yüksək ev sahibliyi və qonaqpərvərliyə görə sizə bir daha təşəkkür etmək istəyirəm.

Digər tərəfdən, qarşıdakı dövrdə təşkil edəcəyimiz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı Sizi ölkəmizdə qonaq etməkdən duyacağım məmnunluq hissini də qeyd etmək istəyirəm.

Bu imkandan istifadə edib zati-alinizin sədrlik etdiyi hökumətinizə uğurlar arzulayır, Sizə cansağlığı, xoşbəxtlik və can Azərbaycan xalqının rifahı üçün bir daha ən xoş arzularımı bildirirəm.

Uğurlarınız daimi, birliyimiz əbədi olsun!”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay