Cənubi Koreya və ABŞ Vladimir Putinlə Kim Çen Inın görüşündən sonra hərbi əməkdaşlığın BMT sanksiyalarını pozacağına əmindir...
Poliqon xəbər verir ki, bu barədə Sky News telekanalı məlumat yayıb.
"Cənubi Koreya və ABŞ Vladimir Putinlə Kim Çen Inın hərbi əməkdaşlığının BMT sanksiyalarını pozacağına dair razılığa gəliblər", deyə məlumatda bildirilir.
Hər iki ölkənin yüksək rütbəli diplomatları və müdafiə nazirliklərinin rəsmiləri Moskvanı BMT Təhlükəsizlik Şurasının üzvü kimi öz öhdəliklərini tanımağa çağırıblar.
Bu, dünən Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurasının Şimali Koreya və Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozacağı təqdirdə "qarşılıq ödəyəcəklərini” bildirməsindən sonra baş verib.
Cənubi Koreya Rusiya Federasiyası ilə Şimali Koreya arasında hərbi əməkdaşlıq və ya silah ticarəti ilə bağlı hər hansı razılaşmanın əldə olunduğu məlum olarsa, Moskvaya qarşı birtərəfli sanksiyalar tətbiq edə bilər.
Avropa İttifaqı Şimali Koreyanı Ukraynaya qarşı neoimperialist müharibəsində Rusiya Federasiyasına siyasi və ya hərbi dəstək verməməyə çağırıb və bunun sanksiyalarla nəticələnəcəyi barədə xəbərdarlıq edib.
Poliqon.info