Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər - Rəsmi açıqlama

AFFA-nın baş katibi Elxan Məmmədov AVRO-2020 Bakı Könüllülük Proqramının açılış tədbirində jurnalistlərə açıqlama verib...

PİA.az offsideplus.az-a istinadən xəbər verir ki, federasiya rəsmisi AVRO-2020 ilə bağlı dövlət qurumları ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb:

"AVRO-2020-nin Bakıda keçirilməsi ilə bağlı işlərə başlanılıb. Hazırda təşkilat mərhələsindəyik. 2020 könüllü qeydiyyata alınıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci ili "Könüllülər ili" elan edib. Bu, könüllülər üçün böyük hədiyyə və motivasiya oldu. Azərbaycanda könüllülər hərəkatı neçə ildir ki, inkişaf edir. Hər il könüllülərin sayı artır. Gənclərimiz sosial layihələrdə iştirak edirlər. Könüllülər Avropa çempionatına hazırlaşmağa başlayıblar. Biz də hazırlığa belə bir əyləncəli tədbirlə başladıq. Avropa Liqasının finalında böyük təcrübə qazandıq. Bu təcrübəni tətbiq edəcəyik. Bu tədbirlərdə və yarışlarda könüllülərin dəstəyi böyükdür. Bu, bizim üçün çox önəmlidir. Gənclərimiz Azərbaycanda keçirilən idman tədbirlərində daim bizim yanımızdadırlar. Ona görə də futbol ailəsinin adından könüllülərə təşəkkürümüzü bildiririk".

Elxan Məmmədov Çempionlar Liqası finalının Azərbaycanda keçirilməsinə münasibət bildirib:

"Gələcəkdə Çempionlar Liqasının finalı Bakıda ola bilər. Artıq son illərdir ki, Bakı idman şəhərinə çevrilib. Paytaxtda dünya və Avropa çempionatları da təşkil olunur. Futbol da ən böyük idman növüdür. Avropa Liqasının finalını uğurlu keçirdik. Ümid edirəm ki, Avropa çempionatındakı 4 matçı da uğurla təşkil edəcəyik. Çempionlar Liqasının finalına niyə ev sahibliyi etməyək?"

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar