Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çaylardakı çirklənmənin səbəbləri məlum olub

"Azərbaycan çayları daha çox Ermənistan, Gürcüstan ərazisindən axıdılan sular hesabına çirklənir"

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, istənilən tranzit çaylarda çirklənmə var: "Dövlətlər çoxtərəfli sazişlər çərçivəsində əməkdaşlıq edirlər. Bu əməkdaşlıq ondan ibarətdir ki, birgə komissiya çay vasitəsilə keçən bütün çirklənməyə nəzarət edir. Ölkələr çirkləndirmənin azaldılması üçün nəzarət edirlər. Belə bir tədbirləri İran ilə Araz çayı üzərində aparırıq. Çayın həm ekoloji, həm də hidroloji axınına nəzarət olur. Arazın suyuna nəzarət üçün Beyləqanda böyük bir laboratoriya yaradılıb. Gündəlik məlumatlar toplanır. O cümlədən, Kür çayı üzərində laboratoriya var və bütün çirklənmələr qeyd olunur".

M.Əbdülhəsənov qeyd edib ki, təkcə sərhəd çaylarının çirklənməsindən savayı ölkəmizin ərazisində də çayların çirklənməsi müşahidə edilir. "Bu, bir çox şəhərlərdə bulaqüstü təmizləyici qurğuların olmaması səbəbindən baş verir. Əsasən Kür çayı və onun qolları, Araz çayı və onun qolları kommunal tullantı suları ilə çirkləndirilir. Bu çirkləndirməyə qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi tədbirlər görülür. Onlara qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi göstərişlər verilir, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq həm fiziki, həm hüququ şəxslərə cərimlər tətbiq olunur".

Sektor müdiri qeyd edib ki, bu gün Kür çayı hövzəsində yerləşən bir çox şəhər və rayonlarda kanalzasiya qurğuları sisteminin yenidən qurulması, tullantı su təmizləyici qurğuların tikilməsi ilə bağlı çoxlu sayda layihələr həyata keçirilir. "Artıq bu layihələr bir çoxunda yekunlaşmaq üzrədir. 10-a yaxın şəhərdə təmizləyici qurğular tikilib və istismar olunur ki, bu bilavasitə nazirliyinin monitorinq ekoloji nəzarət qurumları tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır".

pia.az


Etiket: Çay Çirklənmə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar