Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gecə Ukrayna Novorossiyskdə Rusiyanın desant gəmisini sıradan çıxarıb...

Ukraynanin dəniz pilotsuz katerləri Novorossiyskdəki hərbi dəniz bazasına ilk hücum zamanı böyük desant gəmisinə zərər verə bilər...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın müxalif “Aqenstvo” nəşri məlumat yayıb. Nəşr yazır ki, cümə gecəsi Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz kamikadze katerlər Rusiyanın Qara dənizdəki əsas hərbi-dəniz bazalarından birinin yerləşdiyi Novorossiyskdəki lövbərdə olan gəmilərə hücum edib. Yayımlanan videolara görə, dronlar “Oleneqorskiy Qornyak” adlı böyük desant gəmisini zədələyə biliblər.

Qeyd edək ki, Yujnaya Ozereevka kəndi yaxınlığında güclü partlayışla bağlı ilk xəbərlər gecə saat 3:30 radələrində yayılıb. Kənd Boru Kəməri Konsorsiumunun (CPC) neft terminalının yerləşdiyi Novorossiyskdən 12 km aralıda yerləşir.

Daha sonra sosial şəbəkələrdə Novorossiysk və qonşu sahil kəndlərinin sakinlərinin eşitdiyi partlayış səsləri barədə məlumatlar yayılıb və hərbi gəmilərin suüstü hədəflərə atəş açması ilə bağlı mesajlar yayılmağa başlayıb.

Rusiya Müdafiə Nazirliyi səhər saat 6:50-də Ukrayna Silahlı Qüvvələrinin iki pilotsuz katerlə Novorossiysk Hərbi-Dəniz bazasına hücum cəhdi barədə məlumat yayıb. Nazirlik bildirir ki, hər iki hədəf bazanı mühafizə edən gəmilər tərəfindən məhv edilib. Novorossiysk şəhərinin meri Andrey Kravçenko isə bildirib ki, hücum “Oleneqorskiy Qornyak” və “Suvorovets” gəmilərinin ekipajları tərəfindən dəf edilib. Dövlət Dumasının Krasnodar diyarından olan deputatı Sergey Altuxov bildirib ki, dronlardan biri Cənubi Ozereyeevka ərazisində məhv edilib.

Rusiyayönlü “Pozdnyakov” telegram kanalında yayımlanan videoya əsasən, hücumdan sonra pilotsuz təyyarələrin məhv edilməsində iştirak edən böyük desant gəmisi “Oleneqorskiy Qornyak” yedəyə alınıb. Hərbi ekspert Yan Matveev gəminin pilotsuz katerlər tərəfindən zədələndiyini irəli sürüb.

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, hücum nəticəsində tələfat və dağıntı olmayıb. TASS Agentliyinin Novorassiysk Boru Kəməri Konsorsiumuna istinadən verdiyi xəbərə görə, terminalın infrastrukturuna ziyan dəyməyib, neft adi qaydada yanalma tankerlərinə daşınır. Konsorsium qeyd edib ki, Novorossiysk limanında gəmilərin hərəkətinə müvəqqəti qadağa qoyulduğu üçün tankerlər limanı tərk edə bilmirlər.

Qeyd edək ki, dəniz pilotsuz katerlərinin Novorossiysk obyektlərinə ilk hücumu 2022-ci ilin noyabrında baş verib.
Bundan əlavə, Feodosiya sakinləri də gecə partlayışlarından şikayətləniblər. Səhər saat 4:18-də Krım rəhbərinin müşaviri Oleq Kryuçkov yarımadaya hücumu təsdiqləyərək “bütün obyektlərin” məhv edildiyini bəyan edib. Onun sözlərinə görə, xəsarət alan və ya itki yoxdur.

Rusiya Müdafiə Nazirliyi saat 07:00 radələrində 13 pilotsuz uçuş aparatının yarımadadakı obyektlərə hücum etdiyini, hamısının hava hücumundan müdafiə və elektron döyüş vasitələri ilə məhv edildiyini bildirib.

Xatırladaq ki, Rusiyanın “taxıl müqaviləsi”ndən çıxmasından sonra Ukraynaya məxsus pilotsuz katerlərin Qara dənizdə aktivliyi artıb.

“Aqenstvo”qeyd edir ki, yeni hücum göstərir ki, Ukrayna Ukrayna limanlarından böyük məsafədə yerləşən hədəfləri vura bilər. Novorossiyskdən Ukraynanın nəzarətində olan Qara dəniz sahillərinə qədər olan məsafə 500 km-i keçir.

İyulun 30-da CNN telekanalı ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin dəniz pilotsuz uçan aparatlarını nümayiş etdirib. Həmin pilotsuz katerlərdən Ukrayna iyulun 19-da Krım körpüsünə hücum zamanı istifadə edib. CNN yazır ki, bu pilotsuz katerlərin çəkisi bir tona çatır, suda məsafə qət etməsisi 800 km-ə qədərdir və maksimal sürəti 80 km/saatdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar