Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu dəfə böyük təxribat Qarabağda baş verə bilər” - Sülhlə bağlı nikbin olmayan açıqlama…

Cənubi Qafqazın Rusiya üçün Ukraynadan heç də az önəmli olmadığını nəzərə alarsaq, Qərbin vasitəçiliyi ilə sülh sazişinin imzalanmasına prosesdən faktiki olaraq kənarda qalan Moskva imkan verəcəkmi?..

Politoloq: “Mən hesab edirəm ki, Praqada əldə olunan razılaşmanın zibil qutusuna atılması üçün Rusiya əlindən gələni edəcək və bütün resurlarını səfərbərlik altına alacaq”.

“Mən düşünürəm ki, bu dəfə böyük təxribat Qarabağda, Rusiya sülhməramlılalrının nəzarəti altında olan ərazidə baş versin və bu təxribat nəticəsində də sülh prosesi yenidən təxirə düşsün. Bu Rusiyanın imkanları daxilindədir”.

Bu sözləri politoloq Samir Hümmətov ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında ilin sonuna qədər sülh sazişinin imzalana biləcəyi ilə bağlı açıqlamaları, eyni zamanda rusiyanın sülhü əngəlləmək üçün başlada biləcəyi təxribat ehtimallarını PİA.az-a şərh edərkən deyib.

Praqa görüşündən sonra sərhəddə kiçik də olsa insidentlər artan xətt üzrə baş verməkdə davam edir. Sülh prosesinin bu ilin axırına qədər imzalana biləcəyi ilə bağlı ən yüksək səviyyədə verilən açıqlamalar fonunda, bu insidentlər hər nə qədər ciddi xarakter daşımasa da, təlaşlanmaq üçün hər cür səbəb var. Birinci və ən əsas səbəb isə Rusiyanın sülh prosesindən demək olar ki, kənarda qalması və təşəbbüsün Qərbin əlinə keçməsi ilə bağlıdır. Təbii ki, təşəbbüsüsn Qərbin əlində keçməsində Paşinyanın yürütdüyü anti-Rusiya siyasəti əsas rol oynayır. Azərbaycan üçünsə ən yaxın zamanda sülhün əldə olunması əsas məsələdir.

Rusiyanın sülh prosesindən demək olar ki, kənarda qalması isə özü-özlüyündə yaxşı heç bir şey vəd eləmir və artıq demək olar ki, Rusiya ilə kollektiv Qərb arasında gedən ağır və qanlı mübarizə Cənubi Qafqaza sıçrayır. Cənubi Qafqaz isə Rusiya üçün Ukraynadan heç də az önəmli deyil. Qərb Rusiyanı yüz illər boyunca hegomon mövqelərdən çıxarmağa çalışır və bu mövqelərdən biri də Cənubi Qafqazdır. Ona görə də Moskvanın Bakı ilə Yeravan arasında sülhü önləmək üçün hər cür təxribata gedəcəyi də şübhə doğurmamalıdır. Hazırkı vəziyyət “fırtınadan əvvəlki sakitliyi” xatırladır və hər an ciddi təxribatın baş verməsi də gözləninəndir.

Qərblə Rusiya arasında yaşanan ağır münaqişənin Cənubi Qafqaza keçməsi fonunda Azərbaycanla Ermənistan arasında ilin sonuna qədər sülh müqaviləsinin imzalanması nə qədər inandırıcıdır? Rusiya özünün birbaşa iştirak etmədiyi sülh müqaviləsinin imzalanmasını həzm edə bilərmi?

Mövzunu PİA.azın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümmətov: “Əgər biz Rusiyanın, ya da Qərbin maraqları çərçivəsində Ermənistandan qaynaqlanan təxribatlara uysaq, o zaman bu təxribatlar da illər boyu davam edəcək və biz sülhə nail ola bilməyəcəyik”.

Rusiya yüz illər boyu dominant olduğu regionda təşəbbüsün Qərbin əlinə keçməsini sakitliklər izləməyəcəyini vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Praqa razılaşmalarına qarşı ciddi təxtibatlar baş verə bilər və bu təxribatlar da Rusiyanın Cənubi Qafqazda çox güçlü olduğu Ermənistandan qaynaqlanacaq:

Rusiya ilə Qərb arasında Ermənistan uğrunda, ümumiyyətlə Cənubi Qafqaz uğrunda mübarizə açıq müstəviyə keçib. Mübarizənin episentri Ermənistandır və bu üzdən də Praqada əldə olunan razılaşmalar, xüsusən ilin sonuna qədər sülh sazişinin imzalanması ilə bağlı razılıq müəyyən risklər daşıyır. Çünki mən inanmıram ki, Rusiya yüz illər boyu dominant olduğu regionda təşəbbüsün Qərbin əlinə keçməsini sakitliklər izləsin. AzərbaycanErmənistan arasında sülh sazişinin məhz Qərbin vasitəçiliyi ilə bağlanması Rusiyanın Cənubi Qafqqzdakı dominantlığını aradan qaldıracaq bir məsələdir və mən düşünürəm ki, Praqa razılaşmalarına qarşı ciddi təxtibatlar baş verə bilər. Təbii ki, bu təxribatlar Ermənistandan qaynaqlanacaq. Çünki hazırda Rusiyanın ən güclü olduğu ölkə Ermənistandır və burda Rusiyanın təsir və təzyiq alətləri həddindən artıq çoxdur.

Praqa görüşünün ən önəmli tərəfi AzərbaycanErmənistan Respublikalarının biri-birinin ərazi bütövlüyünü 1991-ci il SSRİ-nin inzibati sərhədləri çərçivəsində tanımasıdır. Bu da o deməkdir ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır. Bu qarılıqlı ərazi bütövlüyünü tanıma həm BMT nizamnaməsinə, həm də 1991-ci ildə imzalanmış Alma-Ata Bəyyannaməsinə əsaslanıb. Azərbaycan bu məsələdə xoş məram nümayiş etdirib, çünki rəsmi Bakının 1918-ci ilə xəritələrinə əsasən Erməniatana qarşı ərazi iddiaları mövcuddur və bu iddialar tarixi reallıqlara əsaslanır. Buna baxmayaraq Azərbaycan tərəfi Ermənistanın ərazi bütölüyünü tanıdı və bunu regiona davamlı sülhün gəlməsi üçün edib.

Samir Hümmətov: “Avroya Birliyinin təklifləri əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Rusiyanın regiondakı təməl maraqlarına ziddir”.

Bundan əvvəlki Brüssel görüşlərinin nəticələrini bir qrup analitiklər ümidverici hesab edirdilər. Lakin bu ümidlər ötən zaman ərzində özünü doğrultmadı və Ermənistanın təxribatları nəticəsində sülh prosesində irəliləyiş baş vermədi. Başqa bir qrup analitiklər isə hesab edirdilər ki, Ermənistan yenə də danışıqlar masasına imitasiya ilə məşğul olacaqlar və zaman göstərdi ki, onlar haqlıdırlar. Sərhəddə bir ay əvvəl baş verən ağır toqquşmalar da məhz Ermənistanın sülhdən yayınmaq cəhdləri nəticəsində baş verdi. Praqa görüşü də məhz bir ay əvvəl ağır itkilərlə müşahidə olunan sərhəd döyüşlərinin nəticəsi olaraq ortaya çıxdı. Çünki normalda Brüssel görüşlərində sülhə doğru “yol xəritəsi” hazırlanmışdı və Ermənistan bu “yol xəritəsi”ndən yayınmağa cəhd etməsəydi, Praqa görüşünə də ehtiyac olmazdı.

Hazırda mən heç də tərəflərin sülh imzalamağa yaxın olduqlarını düşünmürəm. Açığı mən indi sərhəddə baş verən kiçik insidentlərin yenidən böyük qarşıdurmaya çevrilməsini istisna etmirəm. Avroya Birliyinin təklifləri əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Rusiyanın regiondakı təməl maraqlarına ziddir və buna görə də ən yaxın zamanda sərhəddə, ya da Qarabağda ciddi təxribatın baş verməsi gözləniləndir. Mən düşünürəm ki, bu dəfə böyük təxribat Qarabağda, Rusiya sülhməramlılalrının nəzarəti altında olan ərazidə baş versin və bu təxribat nəticəsində də sülh prosesi yenidən təxirə düşsün. Bu Rusiyanın imkanları daxilindədir.

Mən hesab edirəm ki, Praqada əldə olunan razılaşmanın zibil qutusuna atılması üçün Rusiya əlindən gələni edəcək və bütün resurlarını səfərbərlik altına alacaq. Azərbaycan-Ermənistan sərhədində, ya da Rusiya sülhməramlılalrının nəzarəti altında olan ərazidə yeni təxribatın baş verməsinə görə əsas tərəf Rusiya olacaq. Ancaq nəzərə almalıyıq ki, belə təxribatların arxasında Rusiyanın olmasını sübut etmək mümükün olmayacaq və Moskva özünün “mələk simasını” ortaya qoyaraq yenidən AzərbaycanErmənistan arasında əsas vasitəçi olmağa çalışacaq. Təbii ki, Rusiyanın vasitəçiliyi sülhün məhz onun maraqları və təklifləri nəticəsində imzalanması tələbi olacaq.

Samir Hümmətov: “Cənubi Qafqaz, əsasən də Ermənistan uğrunda Rusiya və Qərb arasında qarşıdurmanın ciddi bir mərhələsi başlayıb və Qərblə Rusiya arasında yaşanan total qarşıdurma artıq Ukraynadan, həm də Cənubi Qafqaza keçir”.

Onu da qeyd edim ki, sülhün Praqa görüşü razılaşmaları əsasında əldə olunması ABŞ və Avrpoa Birliyi üçün çox önəmlidir. Çünki məhz bu sülh müqaviləsi əsasında ABŞ, Fransa kimi dövlətlər siyasi və iqtisadi cəhətdən Cənubi Qafqazda möhkəmlənəcəklər. Ona görə də deyə bilərik ki, Cənubi Qafqaz, əsasən də Ermənistan uğrunda Rusiya və Qərb arasında qarşıdurmanın ciddi bir mərhələsi başlayıb və Qərblə Rusiya arasında yaşanan total qarşıdurma artıq Ukraynadan, həm də Cənubi Qafqaza keçir. Bu mübarizə isə əsasən Ermənistan daxilində siyasi güclərin, bəlkə də son, həm də amansız mübarizəsi ilə gedəcək. Çox təəssüflə qeyd etməliyəm ki, Ermənistan daxilindəki bu mübarizə daha çox sərhəddə və Rusiya sülhməramlılalrının nəzarəti altında olan Azərbayca ərazisində özünü biruzə verəcək.

Ona görə də, hesab edirəm ki, biz yaxın aylarda gözlənilən təxribatlara qarşı xüsusi diqqətli və səbrli olmalıyıq və çalışmalıyıq ki, qarşı tərəfin təxribatlarına uymayaq. Biz çalışmalıyıq ki, nə Rusiyanın, nə də Qərbin maraqlarının maşasına çevrilməyək və hər iki tərəfin maşası olan Ermənisistanla regional maraqlar çərçivəsində tərəfdaşlıq edək. Əgər biz Rusiyanın, ya da Qərbin maraqları çərçivəsində Ermənistandan qaynaqlanan təxribatlara uysaq, o zaman bu təxribatlar da illər boyu davam edəcək və biz sülhə nail ola bilməyəcəyik”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar