Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyada hökumət avtomobilində Çin istehsalı olan izləmə cihazı tapılıb

Böyük Britaniya hökumətinin üzvləri və yüksək rütbəli diplomatların istifadə etdiyi avtomobillərdən birində Çin istehsalı olan izləmə cihazı tapılıb...

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “i” qəzeti məlumat yayıb.

Krallığın kəşfiyyat orqanlarındakı mənbələr hesab edir ki, avtomobilə izləyici cihazın yerləşdirilməsinin arxasında Çin kəşfiyyatı dayana bilər.

Qeyd olunub ki, rəsmi London artan casusluq qorxusu səbəbindən avtomobilləri diqqətlə yoxlayıb. Nəticədə nəqliyyat vasitələrinin birində koordinatları ötürə bilən SİM kart aşkarlanıb.

“Bu, hökumət haqqında aylar və illər boyu məlumat toplamağa, daim hərəkətləri izləməyə, davam edən fəaliyyətlərin müfəssəl mənzərəsini yaratmağa imkan verir. Bu, çox uzun müddət ərzində, yavaş-yavaş və metodik şəkildə edilə bilər”, - mənbələrdən biri deyib.

Əvvəllər krallığın təhlükəsizlik xidmətlərində çalışmış nəşrin digər mənbəsi Britaniya nazirlərinin yerdəyişməsi ilə bağlı məlumatı təkcə Çinin deyil, Rusiyanın xüsusi xidmət orqanlarının da ala biləcəyini irəli sürüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar