Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

23-25 iyunda keçiriləcək Böyük Dəbilqədə dünyanın 45 ölkəsindən 349 idmançı iştirak edəcək...

Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.

Turnirdə ölkəni 8 çəki dərəcəsində ümumilikdə 13 idmançı təmsil edəcək.

Qadınların mübarizəsində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Aydan Vəliyeva (52 kq) qüvvəsini sınayacaq. Kişilərdən isə Kəramət Hüseynov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), İbrahim Əliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

23-25 iyunda keçiriləcək Böyük Dəbilqədə dünyanın 45 ölkəsindən 349 idmançı iştirak edəcək.

Qeyd edək ki, yarışa qatılmalı olan cüdoçular Gültac Məmmədəliyeva (48 kq), Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) zədəli olduqlarına görə yığmanın heyətindən çıxarılıblar.

Federasiyadan bildirilib ki, onların zədələri uzunmüddətli deyil, müalicələrinə dərhal başlanılıb. İdmançılar iyulun əvvəlindən etibarən məşqlərə geri dönəcəklər və 4-6 avqustda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Masters turnirində iştirak edəcəklər

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Ən çox oxunanalar