Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniya “Vaqner” ÖHŞ-yə qarşı sanksiyaları sərtləşdirir...

Britaniya parlamentinin komitəsi hakimiyyəti “Vaqner” ÖHŞ-yə qarşı sanksiyaları sərtləşdirməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir. Agentlik yazır ki, Britaniya parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsi “Vaqner” ÖHŞ -nin fəaliyyəti ilə bağlı 82 səhifəlik hesabat dərc edib. Bu komitənin rəhbəri, mühafizəkar Alisiya Kerns krallıq hakimiyyətini bu özəl hərbi şirkətə qarşı sanksiyaları əhəmiyyətli dərəcədə sərtləşdirməyə çağırıb.

Reuters qeyd edir ki, komitənin hesabatı açıq mənbələrə istinadən yazılıb. Müəlliflər keçmiş “Vaqner” ÖHŞ zabitinin ifadəsindən də istifadə ediblər. Onun adı açıqlanmır.

Sənəddə bu strukturun eyni vaxtda yeddi ölkədə: Ukrayna, Suriya, Mərkəzi Afrika Respublikası, Sudan, Liviya, Mozambik və Malidə fəaliyyətinin təhlili verilir. Hesabatı təqdim edən Alicia Kearns bildirib ki, Böyük Britaniya hökuməti hələ “Vaqner” ÖHŞ ilə mübarizə üçün ardıcıl strategiya hazırlamayıb. Parlamentari hesab edir ki, bu, qruplaşmaya “münaqişələr və qeyri-sabitlik səbəbindən çətin vəziyyətdə olan ölkələri istismar etməyə” imkan verib.

Qeyd edək ki, Britaniya Xarici İşlər Nazirliyi hələ 2023-cü ilin fevralında “Vaqner Qrupu”nu terror təşkilatı kimi tanımaq planlarını açıqlamışdı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib

Ən çox oxunanalar