Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bloomberg: Çinin sülh planı ABŞ tərəfindən rədd edilib...

Çin Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsinin həlli ilə bağlı 12 bəndlik plan dərc edib…

Poliqon.info bildirir ki, Blomberq Agentliyi bu planın ABŞ tərəfindən rədd edildiyini yazıb.

Nəşr yazır ki, dünyada bu planın müzakirəsi hələ də davam edəcək, lakin artıq ilk reaksiyadan ABŞ-ın bu planı rədd etdiyini başa düşmək olar. Həmçinin məqalədə vurğulanır ki, plan çətin ki, Ukraynanın dəstəyini alsın.

Bloomberg qeyd edir ki, Qərb və Ukrayna bu planı Rusiya prezidenti Vladimir Putin üçün faydalı hesab edir, çünki plan atəşkəs bəndini ehtiva edir ki, bu da Rusiya qoşunlarının Ukraynanın cənub-şərqinin bir hissəsinə nəzarəti altında münaqişəni dondurmaq deməkdir. Bundan başqa, planda Rusiyaya qarşı sanksiyaların ləğvi çağırışı da var.

“Bu təklif ABŞ və əksər Avropa ölkələri üçün qəbuledilməzdir”, deyə Avrasiya Qrupunun baş analitiki Nil Tomas bildirib

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan CNN-də danışarkən deyib ki, Çinin təklifi “bütün ölkələrin suverenliyinə hörmət”ə çağıran birinci bənddən sonra bitməli idi. Sallivan əlavə edib ki, Rusiya bütün qoşunlarını Ukrayna ərazisindən çıxardıqdan sonra hərbi əməliyyatlar başa çatacaq.

Bloomberg xatırladır ki, Çin Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edən BMT qətnaməsinə səsvermədə bitərəf qalıb. Agentlik əlavə edir ki, ABŞAvropanın Çinin sülh planına dair şübhələri hələ cümə günü dərc edilməmişdən əvvəl ifadə edilib. Bu, Pekinin onlar tərəfindən münaqişədə qərəzsiz vasitəçi kimi qəbul edilməməsi ilə izah olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar