Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə ilə bağlı bağça müdiri cəzalandırıldı

Biləsuvar rayonundakı uşaq bağçasında bədbəxt hadisə nəticəsində dörd yaşlı uşağın xəsarət aldığı barədə məlumat vermişdik. Əliabad kənd uşaq bağçasının müdiri Şəfəq Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən əmək intizamı tənbehinə cəlb edilib.

Bu barədə Oxu.Az-a Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə iyunun 29-da baş verib:

“Hadisə ilə əlaqədar bildiririk ki, güclü külək nəticəsində qapı dolaba çırpılıb, dolabın qapısı dörd yaşlı İbrahimli Mircihad Samir oğlunun başına dəyib və alın nahiyəsindən yaralanıb. Uşaq xəstəxanaya yerləşdirilib. Hadisə zamanı müəllim Quliyeva Reyhan Əzizağa qızı işdə olmayıb. O, səhhətində yaranan problemlərə görə bağça müdiri Əhmədova Şəfəq Adil qızından icazə alıb.

Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda uşağın vəziyyəti normaldır. Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri uşağı evində ziyarət edib, vəziyyəti ilə yaxından maraqlanıb. Əliabad kənd uşaq bağçasının müdiri Ş.Əhmədova bağçada əmək intizamına nəzarət etmədiyi və uşaqların təhlükəsizliyini təmin etmədiyi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən gələcəkdə əmək intizamı tənbehinə cəlb edilib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Küveytdə yanacaq tədarükünün kəsilməsi səbəbindən elektrikin verilişi dayanadırılıb

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Ən çox oxunanalar