Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq turnirdə ermənilərə qalib gələn boksçularımız finala vəsiqə qazanıb

Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb. Finala gedən yolda Azərbaycan millisinin 10 boksçusu rinqə çıxıb.

"Report" xəbər verir ki, onlardan 7-si çıxışını qələbə ilə başa vuraraq həlledici döyüşə vəsiqə qazanıb. Boksçularımızdan Tural Sarıyevlə (51 kq) Rza Rzazadə (75 kq) yarımfinalda ermənistanlı rəqiblərini məğlub edib. Təmsilçilərimiz müvafiq olaraq Tumas Tomasyan və Alik Ovanisyana qalib gəlib.

Səbuhi Əlizadə (+92 kq) qazaxıstanlı Elnar Absadukovu məğlub edib. Millimizin digər üzvləri Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq) və Taci Tağızadə (60 kq) isə gürcüstanlı boksçulardan üstün olub. Onlar müvafiq olaraq Bezhan Kobiaşvili, Oruc Əhmədov, Paata Mqebrişvili və Luka Xatiaşvili üzərində qələbə qazanıblar.

Yarımfinalda məğlub olan Sənan Hətəmov (71 kq), Aslan Mövsümov (86 kq) və Rəşid Məmmədov (92 kq) bürünc medalla kifayətləniblər.

Turnirdə final döyüşləri iyunun 19-da olacaq.

Qeyd edək ki, Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə keçirilən yarışa Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistanın 100-dək boksçusu qatılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar