Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Berbok Almaniyanın iştirakı olmadan qanadlı raketləri Ukraynaya ötürməyin yolunu tapıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Berlin Böyük Britaniyanın xarici işlər naziri David Kameronun raketlərin Ukraynaya sonrakı təhvil verilməsi üçün dairəvi mübadilə təklifini nəzərdən keçirməyə hazırdır...

Poliqon xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

Xüsusilə, Almaniya Böyük Britaniyaya "Taurus" qanadlı raketləri verə bilər və bunun müqabilində Britaniya tərəfi "Storm Shadow"u Ukraynaya ötürəcək. Beləliklə, Almaniya Ukrayna qoşunlarını qanadlı raketlərlə təmin etmək məsuliyyətindən rəsmən azad olacaq.

Nəşr yazır ki, Berbok belə sxem vasitəsilə Kiyevi qanadlı raketlərlə təmin etmək barədə David Kameronun təkliflərini müzakirə etməyə hazırdır.

Keçən həftə David Kameron bildirmişdi ki, London Almaniyaya "Taurus" qanadlı raketlərinin Ukraynaya tədarükü ilə bağlı məsələlərin həllində yardım göstərməyə hazırdır.

Nazirin yazdığına görə, bu cür qanadlı raketlərin Kiyevə tədarükü münaqişənin genişlənməsinə səbəb olmayacaq, çünki ötürücü tərəf onların istifadəsinə məhdudiyyətlər qoya bilər.

Almaniya mediasının məlumatına görə, kansler Olaf Şolts "Taurus" raketlərinin Kiyevə ötürülməsini isətmir. Bununla o, Kiyevin Rusiya ilə birbaşa münaqişəyə cəlb olunacağından narahatdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Ən çox oxunanalar