Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belçika kəşfiyyatı casusluq şübhəsi ilə Avropanın ən böyük "Alibaba" mərkəzini yoxlayır

Belçika kəşfiyyat xidmətləri Çinin "Alibaba" şirkətinin Avropanın ən böyük logistika mərkəzini casusluq fəaliyyəti üçün yoxlayır...

Poliqon xəbər verir ki, bu barədə "Financial Times nəşri məlumat yayıb.

Belçika Dövlət Təhlükəsizliyi Xidmətinin (VSSE) nümayəndələri qəzetə bildiriblər ki, onlar "Alibaba" da daxil olmaqla bir sıra qurumlar tərəfindən mümkün casusluq və yaxud müdaxilə fəaliyyətlərini müəyyən etməyə çalışırlar.

"Alibaba"nın "Cainiao" bölməsinin logistika mərkəzi Avropada beşinci ən böyük olan Liege yük hava limanında yerləşir. 2018-ci ildə qovşağın açılması ilə bağlı Belçika hakimiyyəti ilə müqavilə imzalanıb və o, iki il əvvəl fəaliyyətə başlayıb. Layihə çərçivəsində Çin şirkəti Belçikanın Valloniya regionunun iqtisadiyyatına 100 milyon avro sərmayə qoyub. Logistika mərkəzi "AliExpress" onlayn mağazası vasitəsilə avropalı istehlakçıların aldığı malları emal edir. Mərkəzin sahəsi 30 min kvadratmetrdir. İndi isə "Cainiao" şirkəti onu 100 min kvadratmetrə çatdırmağa çalışır.

VSSE nümayəndələrinin sözlərinə görə, "Alibaba"nın mövcudluğu Çin şirkətlərini öz kommersiya məlumatlarını Çin səlahiyyətliləri və kəşfiyyat orqanlarına ötürməyə məcbur edən ÇXR-də qüvvədə olan qanunlara görə kəşfiyyat agentliklərinin diqqətini çəkir. VSSE qeyd edib ki, Çinin bu cür məlumatlardan qeyri-kommersiya məqsədləri üçün istifadə etmək niyyəti və imkanı var.

Bundan əlavə, iyul ayında Belçikada kritik infrastruktura xarici investisiyalara nəzarət haqqında yeni qanun qüvvəyə minib. Avropalı ekspertlər zəifliklərdən biri kimi "Cainiao"nun logistik əməliyyatları sadələşdirmək üçün istifadə etdiyi proqram təminatını qeyd edirlər. Vrije Universiteit Amsterdam professoru Conatan Hoelslaqa görə, ən böyük narahatlıq platformanın Çin tərəfinə "təchizat şəbəkələrini və potensial zəiflikləri" ifşa etməsidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Türkiyə sahillərində Olimpiya həyəcanı - Fotolar

Ən çox oxunanalar