Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəhramın Fikrət Əmirovla nə işi var?” - Qalmaqal

Dahi bəstəkar Fikrət Əmirovun 100 illik yubiley tədbirində səhnə alan sənətkarlar Əməkdar artist Bəhram Bağırzadənin iradına münasibət bildiriblər.

PİA.az xəbər verir ki, bu barədə onlar olay-a açıqlama veriblər. Gecədə çıxış edən Xalq artisti Alim Qasımov sözügedən tənqidi statusu görmədiyini deyib:

"Bəhramın Fikrət Əmirova nə işi var ki? Mən eşitməmişəm, görməmişəm. Nə sözü var, onu bilməmiş nə deyim? Onunla salam-sağolum var. O deyə bilməz axı. Həmişə dahilərin hörmətini saxlayıb, necə deyə bilər?".

Xalq artisti Gülyanaq Məmmədova isə konserti tamaşaçı kimi izləmədiyini, ona görə də bir rəy verə bilməyəcəyini deyib:

"Mən onun yazdığından xəbərsizəm. Siz deyirsiz, indi bilirəm. Nəsə deyə bilmərəm, çünki pərdəarxasında olmuşam. Ancaq növbə mənə çatanda çağırıblar, çıxıb oxumuşam. Bilirəm ki, ancaq Fikrət Əmirovun balet əsərləri, milli musiqiləri səslənib. Mənim çıxışımdan öncə də xalq musiqisi ilə bağlı fikirləri eşidilirdi. Mən də "Reyhan" mahnısını ifa etmişəm. Xalq çalğı alətləri orkestri də müşayiət edib. Düzü, yazıdan xəbərsizəm. Bəlkə ümumi konserti bəyənməyib. Mən də bilmirəm rejissoru, ssenarisi necə olub.

Məşqlərdə gördüm ki, iki orkestr var. Fikrət Əmirov bizim dahi bəstəkarlarımızdan biridir. Üzeyir Hacıbəyov, Qara Qarayev və F. Əmirovun əsərləri dünya arenasında səslənib. Bəlkə daha möhtəşəm bir tədbir istəyiblər. Amma orkestr da çox gözəl ifa edirdi. Onun əsas əsərlərini simfonik orkestr səsləndirdi. Mən tamaşaçı kimi izləsəm, bəlkə öz fikrimi bildirərdim. Lakin pərdəarxasında olduğum üçün münasibət bildirməyim düzgün olmaz. O tamaşaçı kimi orada olub, onun da fikrinə hörmətlə yanaşmaq olar. Axı xalqın hər bir nümayəndəsi Fikrət Əmirovu sevir. Biz də gedəcəyik, onun əsərləri yaşayacaq. Tamaşaçı kimi fikrini bildirib, qarşı çıxa bilmərik. Hər kəs öz fikrində sərbəstdir, umduqlarını bildirə bilər. Şərəf duydum ki, o konsertdə mən də iştirak etmişəm".

Əməkdar artist Almaz Orucova da sözügedən paylaşımdan xəbərsiz olduğunu qeyd edib:

"Həmin açıqlamasını oxumamışam. Bilmirəm, niyə bu fikirdə olub? Hər kəsin şəxsi düşüncəsi var, hörmətlə yanaşa bilərəm. Amma "Yaradıcılığının dəfnində iştirak etdim" sözünü anlamıram. Orada Fikrət Əmirovun əsərlərini ifa olunub. Başqa bir bəstəkarın yaradıcılığından heç bir əsər səslənməyib ki, belə bir münasibət olsun. Yenə də öz fikridir. Orada böyük orksetrlar çıxış edib. Səhnəyə çıxanlar da Xalq və Əməkdar artistlər olublar. Bilmirəm, bəlkə də konkret kiminsə ifasından narazı qalıb. Bir söz deyə bilmərəm. Lakin biz məşqlərdə də olduq. Özümüz də zövq aldıq. Məncə, möhtəşəm konsert hazırlanmışdı. Fikrət Əmirov dahi bəstəkardır. Onun əsərləri orkestr üçün yazılıb. Yüngül mahnılar da bəstələnməyib ki, belə deyilsin".

Qeyd edək ki, B. Bağırzadə yubiley tədbirini feysbuk statusunda tənqid edib, bu gecəyə görə məyus olduğunu dilə gətirib. "Bu gün, yeni minillikdə mən, artıq 50 yaşlı insan dahi bəstəkarın yaradıcılığının dəfnində iştirak etdim",- sözlərini qeyd edib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq

Ən çox oxunanalar