Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BƏƏ-də nikahdankənar doğulanlara da doğum şəhadətnaməsi veriləcək

Birləşmiş Ərəb Əmirliklərində aparılan son sosial islahatlar diqqətləri cəlb edib.

Ölkədə həyata keçirilən yeni sosial islahatlar nəticəsində qadınların deportasiyası və həbs cəzası kimi ehtimallar ortadan qaldırılıb.

Qərarı BƏƏ-nin Baş nazirin müavini Şeyx Mansur bin Zayid əl-Nəhyan imzalayıb.

Bu qərara qədər nikahdankənar doğulan övladlarına doğum şəhadətnaməsi ala bilməyən qadınlar bu səbəblə heç bir sosial hüquqdan yararlana bilmirdilər.
Əvvəlki qaydaya görə doğum şəhadətnaməsinin verilməsi üçün uşağın valideynləri doğuşdan 180 gün öncə evlənməli idilər. Yeni qərarla isə körpənin valideynləri evlilik tələbi olmadan birlikdə doğum şəhadətnaməsi üçün müraciət edə və bunu ala biləcəklər.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində cinsi təcavüzdən sonra hamilə qalan bir çox qadın bu vəziyyətdən ən çox zərər çəkənlərdən idi. Maliyyə durumları ölkədən qaçmağa uyğun olmayan qadınlar doğuşdan sonra uşaqlarını gizli şəkildə böyütməyə məhkum olurdular.

Son sosial islahatlar zamanı da abort barədə heç bir qərar qəbul edilməyib və bu ölkədə cinayət sayılmaqda davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar