Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bə deyirdiniz acından ölürlər...


Bu gün istər sosial şəbəkələrdə, istərsə də mediada ən çox müzakirə olunan məsələ Tarif Şurasının məlum qərarı oldu.

Bu, bütün ölkədə şok effekti verən bir hadisədir. Elə Milli Məclisdə də bu məsələ daha çox müzakirə olundu. Amma heç nə dəyişmədi və ümid etmirik ki, nəsə dəyişəcək... Çünki Azərbaycan "dəyişikliklər ölkəsi" statusunu çoxdan yelə verib. 

"Badi-səba" isə 20 ildir nə "Aşiqi-zar"a ərzi-halımızı çatdırır, nə də bizi saya salır. Ölkədə inkişafdan danışan və özünü Azərbaycanın təəssübkeşi kimi qələmə verib bizi az qala "daş-qalaq" etməyə amadə olan "gözəllər" isə nəinki "seyrəngaha" çıxmırlar, hətta deyərdim ki, gündə "min bir mahnı" oxuyan "bülbüllər" bu gündən lal olublar...

Neft-qaz ölkəsində (20 qəpik söhbəti eləməyi özünə ar bilən qaqaşların xətrinə dəyməsin) benzinin qiymətinin 30 faiz qalxması adi hal deyil. İqtisadiyyatdan az-maz başı çıxanlar bilirlər ki, bu, ölkədə iqtisadi böhrandan, inhisarçılıqdan və monopoliyanın acı nəticələrindən xəbər verir. 

Kimlərsə, buna haqq qazandırmağa çalışsa da, reallıq ortadadır. Və bir müddət keçəndən sonra biz hər şeyi acıq-aydın görəcəyik. İqtisadçı-ekspert Qubad İbadoğlu da "bu, hələ başlanğıcdır" mesajını boşuna vermədi. Bəli, nə qədər ki, iri vergi ödəyiciləri vergidən yayınacaqlarsa, bu pullar bizdən qopardılacaq. Kim halal edirsə, öz işidir...

İqtisadçı-ekspert Natiq Cəfərli də problemin kökündə inhisarçılığın dayandığını deyir: "Hökumət büdcədə olan problemləri qapatmaq üçün çox primitiv yol seçdi: cibimizə girdi, halbuki, büdcədə yaranan problemlərin yolu köklü islahatlardan, inhisarçılıq və korrupsiyanın ləğvindən, rəqabətli mühitin yaradılmasından, azad məhkəmə sistemindən keçir. Hökumət bu islahatlara qadir olmadığından bacarıqsız və qabiliyyətsizdir". 

Ağlabatan təhlildir, məhz qananlar üçün, qanmayanlar üçünsə ənənəvi olaraq Günəş hər gün Şərqdən doğub, Qərbdə batır. Sadəcə, bu qədər bəsit...

Baxın, biz neft-qaz ölkəsiyik. Amma düşmən Ermənistan isə blokada şəraitində olan və hər gün yazdığımız kimi, "acından ölən" bir ölkə... Bəs bu gün nə baş verdi? Bütün erməni mətbuatı sanki bizimlə yarışa girmişdi. Onlar da yazdılar, amma bizdən fərqli olaraq ucuzlaşmadan!

Erməni mediasının yazdığına görə, bu gün Ermənistan Respublika Partiyasının rəhbəri Qalust Saakyan jurnalistlərlə görüşündə açıqlayıb ki, "Armrosqazprom"un səhmlərinin 20 faizinin Rusiya tərəfinə satılmasından sonra ölkədə qazın qiyməti aşağı salınacaq. Hətta yeni tariflərə keçidlə bağlı işçi qrupunun yaradıldığını da deyib. 

Ermənistanın əmək və sosial məsələlər naziri Artyom Asatryan isə yeni pensiya hesabatını parlamentə təqdim edib. Bununla da Ermənistanda yanvarın 1-dən pensiyalar 40 faiz artacaq. Bu, bizimlə müqayisədə çox aşağı olsa da, bir şeyi də unutmayaq: ora nə neft, nə də milyonlar ölkəsidir... 

Ona görə də bu qədər milyardların qarşılığında bir şeyə diqqət edin, görün kim acından ölür: neft və milyonlar ölkəsinin vətəndaşları, yoxsa...

...Düşməni bizə güldürməyin, "dostlar!"

Şəmşad AĞA


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Zahid Oruc, “düşməni“ harada gizlətmişdiniz?

Ən çox oxunanalar