Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden və Trampın revanşı artıq rəsmiləşib...

Donald Tramp və Co Bayden çərşənbə axşamı axşam öz partiyalarının ilkin seçkilərində prezidentliyə namizədlikləri üçün kifayət qədər nümayəndə qazanıblar və artıq Ağ Ev uğrunda revanş yarışı başlayıb...

Poliqon xəbər verir ki, bu barədə The Financial Times nəşri yazır.

Nəşr qeyd edir ki, Tramp Vaşinqtonda keçirilən praymerizdə qalib gəldikdən sonra Respublikaçıların namizədliyi üçün kifayət qədər səs toplayıb. Həmçinin axşam saatlarında Bayden Corciya ştatının praymerizlərində qələbə qazanaraq Demokratların namizədliyini qazanıb.

Ötən gecə Tramp sosial mediada “böyük qələbə günü” haqqında danışdığı üç dəqiqəlik video yayımlayıb və “artıq Ağ Evə qayıtmağın vaxtının gəldiyini” bildirib. Trampa görə Bayden “məğlub olmalıdır”.

“Millətimiz iflasa uğrayır, biz ciddi tənəzzülə uğramış bir xalqıq”, deyə Tramp videomüraciətində deyib.

Bayden isə öz bəyanatında ABŞ seçkilərinin yüksək risklərini vurğulamağa çalışıb.

“Azadlıq və demokratiya burada Vətəndaş Müharibəsindən bəri görünməmiş şəkildə təhdid altındadır. Donald Tramp Amerika ideyasını təhdid edən qisas kampaniyası aparır. O, diktatorları izzətləndirir və yenidən hakimiyyətə qayıdarsa, özü də onlardan biri olacağını vəd edir”, deyə ABŞ prezidenti bildirib.

“RealClearPolitics” şirkətinin sorğusunun nəticələrinə görə, Tramp Baydendən 1,7 faiz irəlidədir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib

Ən çox oxunanalar