Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş redaktor prezidentə müraciət etdi: “Bizi düşmən edirlər...”

Cumhuriyyet.net saytının baş redaktoru Nəsimi Şərəfxanlı prezident İlham Əliyevə müraciət edib

Cənab Prezident!

Bu müraciəti şəxsən oxuyacağınıza əmin olmasam da, yazmağı özümə borc bildim. Çünki, bu müraciətə qədər Sizin çıxışlarınızda ifadə etdiyiniz fikirlərin, Azərbaycan Respublikasının dünya birliyinə elan etdiyi dəyərlərin yanlış olmaması üçün çox çabalar etdim, Sizin media sahəsində etimad göstərdiyiniz şəxslər də əlazsız qalandan sonra düşündüm ki, ən sonda ən sonuncu ünvanı da xəbərdar etməyin zərəri olmaz.
Olayın qısa təfərrüatı belə: rəhbərlik etdiyim cumhuriyyet.net saytında 2 il bundan əvvəl Saatlı rayon Qıraqlı kəndinin 50-dən artıq sakininin imzası ilə şikayət məktubu dərc olunub. Yazıda şikayət edilən tərəf şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə məhkəməyə müraciət edib. Sumqayıt şəhər məhkəməsinin qərarı ilə iddiaçının 3(üç) min manat pul tələbi qəbul olunub. Qərardan bir ildən artıq vaxt keçdikdən sonra bu günlərdə Sumqayıt şəhər məhkəmə qərarlarının icra şöbəsi çıxarılan qərarın icrası, yəni 3 min manatın ödənilməsi ilə bağlı fəaliyyətə keçib. Bu məbləğı ödəmək imkanında olmadığımdan hüquqi prasedur əsasında əvvəl 10 gün, sonra 30 gün, daha sonra isə bir il azadlıqdan məhrum edilməliyəm. Hər şey qaydasında getsə bu prasedur yaxın günlərdə icra ediləcək. Əslində hüquqi baxımdan hər şey qaydasındadır. Amma bu müraciətim Azərbaycanda hüququn aliliyi təntənəsinə görə deyil…

Cənab Prezident!

Siz dəfələrlə müxtəlif qurumlar tərəfindən medianın dostu elan edilmisiz. Bu təyinatın səmimiliyini şübhə altına qoymadan, mən məhz Sizin “müstəqil mətbuat mənim dostum və ən yaxın köməkçimdir, mən ən doğru məlumatları onlardan alıram” fikrinizə güvənirəm. Ortada olan gerçəklik budur. Sizin seçiciniz olan 50-dən artıq vətəndaşın şikayətini dərc etmək, ictimailəşdirmək, dolayısıyla Sizə çatdırmağın “mükafatı” belə olur. Bu bəlkə də tam məlumatlı olmadığınız aparılan media siyasətinin ən çılpaq, acı simasının bir çalarıdır. Bunun ardınca “daha bir jurnalist həbs olundu”, “tənqidə görə yazar həbsə atıldı”, “diffomasiya qanunu haqda ümidlər puç oldu” və s. kimi xəbərlər, sonra isə xarici təşkilatların hesabatlarında bu müraciətin müəllifinin adı yer alacaq. Hər şey bax beləcə “asta, usta” siyasəti ilə həyata keçirilir… Beləcə dostu düşmənə çevirirlər….

Cənab Prezident!

Bu müraciət nə yalvarış, nə də xahiş üçün deyil. Sizi də əmin edirəm, hətta hüquqi prasedurun ən yüksək cəzasında istənilən ingilisə “Azərbaycana demokratiya öyrətməyin, biz Şərqin ilk demokratik respublikasını quran xalqıq” deyəcək qədər dövlət sevgisinə və Böyük Öndər Elçibəydən öyrəndiyimiz siyasi əxlaqa sahibik.

Amma ölkə rəhbərinin dost dediyi bir kəsimə, media mənsublarına qarşı aparılan bu gizli siyasətin maskalı icraçılarını da unutmaq niyyətində deyilik. Bu maskalar məhz bizim əlimizlə yırtılacaq deyəsən. Hər halda hər birimizin içində zamanında qəzetlərin milyon manatlarla borcunu bağışlayan, ona qarşı ən sərt mövqedə olan medianı belə üzbəüz dinləyən mərhum prezident Heydər Əliyevin davamçısına olan ümid var. Bizim ümidimiz, Sizin dost jestiniz… Bu birlik gerçəkləşərsə, maska altında gizlənən qalmaz.

Sayğılarla: Cumhuriyyet.net saytının baş redaktoru Nəsimi Şərəfxanlı

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Rusiya ilə Çin arasında ödənişlər demək olar ki, qeyri-mümkün olub

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar