Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Komandan Zalujnı: Ukraynada müharibə dalana dirənib...

Rusiya ilə müharibə dalana dirənib və hər iki tərəfdən cəbhədə irəliləyişlər gözmək heç bir halda mümkün deyil...

Poliqon xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeriy Zalujnı Britaniyanın The Economist nəşri üçün yazdığı məqalədə bildirib.

Zalujnı məqaləsində Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun onun ümidlərini tam doğrultmadığını etiraf edib, lakin Rusiya tərəfinin döyüş meydanında da uğur qazanmadığını bildirib.

“Görünür ki, müdafiə xəttinin dərin və gözəl yarılması baş verməyəcək”, deyə Ukraynanın hərbi lideri yazır.

Eyni zamanda, Valeri Zalujnı əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini xilas edə biləcək yeganə şey kəskin texnoloji sıçrayışdır.

“Sadə fakt budur ki, biz düşmənin etdiyi hər şeyi görürük, onlar isə bizim etdiyimizi görürlər. Bu çıxılmaz vəziyyətdən çıxmaq üçün bizə yeni nəsə lazımdır”, deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəziyyəti izah edib. Zalujnı qeyd edib ki, vəziyyət yaxın gələcəkdə dəyişməsə, hərbi əməliyyatların mümkün gedişatını qiymətləndirmək onun üçün çətin olacaq.

Valeri Zalujnın sözlərinə görə, Ukraynadakı münaqişə hazırda “mövqe fazasına” keçir və bu, Ukrayna üçün mənfi siqnaldır. General hesab edir ki, ölkə hakimiyyəti qaçılmaz olaraq təlim və ya səfərbərliyə çağırıla bilən vətəndaşların kateqoriyalarını genişləndirməli olacaq.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı həmçinin məqaləsində Rusiyanın aviasiya və elektron müharibədə üstünlüyünü kritik amil adlandırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay