Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balıq növlərinin sayı və qeyri-qanuni ovuna görə cərimə artırılıb

“Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə görə tətbiq edilən cərimənin məbləği artırılıb.

PİA.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”ə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, cərimənin məbləği 275 manata yüksəldilib. Əvvəl bu məbləğ 250 manat müəyyən edilmişdi.

Eyni zamanda, “Qırmızı kitab”a daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növlərinə daxil olan canlıların sayı da artırılıb. Kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı balıq növlərini ovlayanlar 275 manat məbləğində cərimə ediləcək. Əvvəllər yalnız “Qırmızı kitaba” daxil edilmiş kələmo, dəniz sıfı, poru, ilanbalığı, qızıl xallı balıq növlərini ovlayanlar cərimə edilirdi.

Bundan başqa, ölçüsündən və çəkisindən asılı olmayaraq, bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan aşağıdakı məbləğdə (manatla) müəyyən ediləcək:

- bölgə - 247,5 manat

- nərə, uzunburun, ağ qızılbalıq - 220 manat

- xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın - 33 manat

- çəki, karp, qarabel siyənəyi - 22 manat

- naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri - 11 manat

- kilkə (1 kq) - 0,55 manat

- kürü (1 kq) bölgə, kələmo, nərə, uzunburun - 220 manat

- su onurğasızları xərçəng - 1,1 manat

- krevet - 0,55 manat

Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar