Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balakəndə Türkiyə vətandaşının idarə etdiyi TIR-la minik avtomobili toqquşub, ölən var

Balakəndə Türkiyə vətandaşının idarə etdiyi TIR-la minik avtomobili toqquşub, ölən var...

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

1976-cı il təvəllüdlü Balakən rayon sakini Kənan Abdulla oğlu Ağayevin idarə etdiyi “Mersedes markalı 10 RO 610 dövlət nömrə nişanlı minik avtomobili ilə Türkiyə vətandaşı 1992-ci il təvəllüdlü Mustafa Makar Nureddin oğlunun idarə etdiyi iritonnajlı TIR toqquşub.

Qəza zamanı Mersedes markalı avtomobilin sürücüsü K. Ağayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib və onun meyiti sükün arxasında sıxılmış vəziyyətdə qalıb.

K. Ağayevin meyiti Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq əraziyə çağrılmış Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin həkim briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar