Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balaca dükan sahibindən “ərzaq bahalaşmayıb” deyən nazirə sərt sözlər və sübutlar...

Samir Şərifov: “Hamıya bildirirəm ki, hər hansı ərzaq məhsulunun rüsumunda bir qəpik belə artım yoxdur. Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında heç bir artım yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır”.

Hörmətli cənab nazir (hələlik etik qaydaları gözləməyə məcburam, qalxan qiymətləri qaldırıb soxum gözünə, ondan sonra əsl üzümü də sənə göstərəcəm), mənim balaca dükanım var. Hər həftə “Azərsun”, “Veysəloğlu”, “Avrora”, “Koroğlu”, Gilan Holdinq, Paşa holdinq və s. kimi monopolist ticarət firmaları və digər topdansatış bazalarından gündəlik tələbat malları alıb, üzərinə öz “naçenkamızı” qoyub əhaliyə satırıq. Yəni qiymətlərin qalxıb-qalxmadığını, qalxıbsa, nə qədər qalxdığını mən çox yaxşı bilirəm.

Əvvəla, onu deyim ki, son 6 ayda qiymətlər demək olar ki, hər həftə qalxır.

Məsələn, 6 ay əvvəl “Azərsun” firmasından 1,48 manata aldığımız “Final” markalı 0,5 litrlik günəbaxan yağını bu həftə 2,42 manata mədaxil etmişəm. Son 6 ayı boş verin, bəzi malların ötən həftə ilə bu həftəki qiymət fərqini hamının nəzər-diqqətinə çatdırıram:

1) 0,5 litrlik günəbaxan yağı – 2,33 manat (ötən həftə) – 2,42 manat (bu həftə);
2) 0,5 litrlik qarğıdalı yağı – 2,82 manat – 3,04 manat;
3) 1 litrlik günəbaxan yağı – 3,98 manat – 4,25manat;
4) 1 litrlik qarğıdalı yağı – 4,86 manat – 5,32 manat;
5) 0,6 kq “Azərşəkər” kəllə qənd – 1,43 manat – 1,54 manat;
6) 0,8 kq “Azərşəkər” kəllə qənd – 1,78 manat – 1,95 manat;
7) 0,8 kq “Riçmond” şəkər tozu – 1,43 manat – 1,54 manat;
8) “Bizim süfrə” mayonezi – 1,04 manat – 1,13 manat;
9) 1 litrlik “Milla” ayranı – 1,42 manat – 1,68 manat;
10) “Milla” xaması, 25 %-lik, 370 qramlıq – 1,78 manat – 2,04 manat;
11) “Kaqor” çaxırı – 2.2 manat – 2,5 manat;
12) “Milla” markalı süd – 1.7-1,9 manat (yağlılıq faizlərinə görə) – 2,05-2,2 manat;
13) Samir Şərifovun şərəfi və ləyaqəti – ötən həftəki qiyməti bilmirəm – bu həftə maliyyə nazirinin şərəf və ləyaqətinə kimsə bir qara qəpik də verməz!

Bax, cənab nazir, sizin şərəf və ləyaqətinizdən başqa hər şeyin qiyməti qalxıb. Heç utanıb-ölürsünüz, niyə yalan danışırsınız!!!

Şəxsən mən sizin yerinizə olsam, ağ yalan danışmaq yerinə, istefa verib çəkilib gedərəm bir dağ kəndinə, 3-4 qoyun alıb otararam, günümü keçirərəm. Bu, daha şərəfli bir işdi, nəinki nazir kreslosunda oturub zavallı xalqa ağ yalan danışmaq!

Ləyaqətin olsun, şərəfin olsun! Heç olmasa o qalın bığından utan, istefa ver, rədd olub get!!!

Elçin İlqaroğlu

 
Qeyd: Yazı müəllifin facebook səhifəsindən götürülüb

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay