Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yaşıllaşdırma işləri aparılır - Foto

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir...

Mövsümlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri aparılır.

Bu barədə Poliqon-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, son vaxtlar Bakının flora müxtəlifliyi xeyli artırılıb, həmçinin şəhərin iqlim şəraitinə uyğunlaşmış yerli ağac növlərinin də əkilməsi həyata keçirilir. Eyni zamanda qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsinə üstünlük verilir.

Mövsüm ərzində paytaxtda BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərin iqliminə uyğun və quraqlığa davamlı, xüsusi rəng çalarları ilə seçilən, qırmızı, sarı, ağ rəngdə gülləri ilə şəhərə xüsusi gözəllik verəcək Lənkəran akasiyası, çezalpiniya, jumolas, qlisiniya əkilməsi, yeni formada yaşıllıq guşələrinin yaradılması həyata keçirilir. Hazırda yeni kollar sakinlərimizin daha çox olduqları gəzinti və istirahət yerlərində - Mərkəzi, Qış, “Atatürk”, “Gənclik” və “Nizami Gəncəvi” parklarında, əsas prospekt və küçələr boyunca əkilir. Həmçinin əsas prospekt və keçələrdəki ağacların yanına sarmaşıqlar əkilir.
Eyni zamanda sakinlərimizə də öz həyətlərində bu cür ağac və kolların əkilməsi tövsiyə olunur.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar