Bazar, 26 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda qadınları izləyib hücum edən şəxs tutuldu

Paytaxtın Xətai rayonunda naməlum şəxs bankomatlardan birindən pul çıxaran qadını izləyərək Yeni Günəşli qəsəbəsində ona qarşı soyğunçuluq etməyə cəhd göstərib.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, zərərçəkən izahatında hadisə zamanı həmin şəxsin onun içərisində 3 min manat olan çantanı ələ keçirmək istədiyini amma yaranan səs-küy nəticəsində onun cinayəti sona çatdırmadan ərazidən uzaqlaşdığını bildirib.

Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Orxan İsgəndərov təkrar cinayət etmək məqsədilə “Əhmədli” metrosu yaxınlığındakı bankomatı müşahidə edərkən saxlanılıb. Bununla da onun növbəti dəfə cinayət hadisəsi törətməsinin qarşısı alınıb. Orxan İsgəndərovun paytaxt ərazisində başqa bu kimi cinayətlər törətdiyi istisna olunmur. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Faktla bağlı 33-cü Polis Bölməsində  toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün  Suraxanı Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.info


Etiket: Oğurluq bankomat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Limonu 4 yerə bölüb otağınıza qoyun: Həyatınızı xilas edəcək

Yevgeni Fyodorov-"Vəziyyəti qızışdıran İrəvan deyil"

Bu dəfə dəfn mərasiminə gedən müğənnilərə söz atdı

Azərbaycanın neçə Milli Qəhrəmanı var, kimlər sağdır? - Siyahı

Onlar varlanmaq üçün doğulub - Ən zəngin 6 bürc

Türkiyə millisi İrəvanda Ermənistana qalib gəldi - Video

Bakıyadək 50-60 dəfə qaydanı pozdu, öz qolunu dişlədi

Xankəndidə aktivlik artdı: yeni mübarizə başlayır?

Özcan Dənizin döyülmə anının kadrları yayıldı - Video

Ermənistanda azarkeşlər Türkiyənin himnini fitə basıb

Vüqar Qurbanovdan generalın qardaşının yerinə təyinat

Ən çox oxunanalar