Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda məktəb direktoru 500-dən çox şagirdi təhlükə altında qoyur - İddia, Video

Bakının Nizami rayonundakı 210 nömrəli tam orta məktəbin həyətinə girişlərdən biri bağlanıb.

Bu barədə Oxu.Az-ın redaksiyasına müraciət daxil olub.

Bildirilib ki, məktəbin həyətinin girişi direktorun göstərişi ilə bağlanıb:

“Nəticədə təhlükəli vəziyyət yaranıb. Belə ki, orada təhsil alan uşaqlar təhlükəli yolla hərəkət edirlər. Məktəbin 500-dən çox şagirdi təhlükəli çıxışdan istifadə edir”.

210 nömrəli tam orta məktəbin direktoru Həqiqət Gülalıyeva Oxu.Az-a açıqlamasında bildirib ki, məlumatlar birtərəfli qaydada təqdim olunduğu üçün həqiqəti əks etdirmir:

“Məktəbin pedaqoji kollektivi və valideynlərin birgə rəyi əsasında məktəbin arxa tərəfdən həyətə giriş qapısının bağlanmasında məqsəd şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil almalarını, eyni zamanda, məktəb mühitinə mənfi təsir göstərməyə yönəlmiş kənar təsirlərin məhdudlaşdırılmasını təmin etməkdən ibarətdir.

Belə ki, həmin qapıdan şagirdlərdən daha çox, kənar şəxslər keçid kimi istifadə edirdilər. Məktəbin həyətindən keçən şəxslər şagirdlərin gözü qarşısında siqaret çəkir, yığışaraq söhbət edir, uyğun olmayan müzakirələrə tənəffüs zamanı şagirdləri cəlb edir, səs-küy yaradır və nalayiq ifadələrlə tədris prosesinə mane olurdular.

Bir sıra vətəndaşlar isə məktəbin həyətindən park kimi istifadə edir, heyvanlarını gəzdirir, oturacaqlarda oturub tum çırtlayır, ətrafı zibilləyirdilər. Bütün bunlar isə dərs prosesinin pozulmasına, müəllim və şagirdlərin fikrinin yayınmasına səbəb olurdu. Həmin şəxslərə məktəbin işçiləri tərəfindən irad tutulanda isə bəzən kobud şəkildə təhqirlə cavab verir, məktəbdaxili qaydalara açıq hörmətsizlik nümayiş etdirirdilər”.

“Bir daha qeyd etmək istərdim ki, pedaqoji heyət və valideynlərin birgə rəyi əsasında məktəb həyətinə arxa tərəfdən giriş qapısının bağlanması tədris prosesinin normal təşkilinə və məktəbdaxili nizam-intizam qaydalarının təmin olunmasına imkan yaradır. Bu təşəbbüs məktəbdə təhsil alan şagirdlərin əksəriyyətinin valideynləri tərəfindən razılıqla qarşılanır.

İnanıram ki, ilkin subyektiv yanaşma əsasında təhsilalanların ümumi mənafeyinə xidmət edən bu təşəbbüsü müzakirəyə çıxaran şəxslər də öz övladlarının daha əlverişli təhsil mühiti naminə ortaq optimal mövqeyə gələcəklər. Çünki şagirdlərin təhlükəsizliyi və onlar üçün əlverişli təhsil mühitinin etibarlı təminatı pedaqoji kollektivlə yanaşı, eyni zamanda, valideynlərin marağında olan ən ümdə məsələlərdən biridir”, - deyə o qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay