Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV-də “yeyilən” bir milyard - Telekanal HD yayıma niyə gecikdi?

"Dünən Azərbaycan Televiziyası (AzTV) HD keyfiyyətli yayımı genişləndirmək üçün önəmli addım atıb. Bundan sonra AzTV-nin hər üç kanalını HD keyfiyyətində izləmək mümkün olacaq. Bu, AzTV tarixi üçün ciddi texnoloji hadisədir. Amma sual yaranır ki, ölkənin bir nömrəli telekanalı niyə rəqəmli yayıma bu qədər gec keçir? Axı, dövlət proqramına görə, ölkədəki telekanallar artıq 2020-ci ilə qədər rəqəmli yayıma keçməli idilər. Nəyə görə məsələn, ATV və ya Xəzər TV bu işin öhdəsindən gəldiyi halda AzTV bu sırada geridə qalıb? Axı, dövlət hər il bu kanalın normal çalışması, o cümlədən ən yeni texniki avadanlıqla təchiz edilməsi üçün xeyli maliyyə ayırıb".

Bakupost.az xəbər verir ki, bu sözləri teletənqidçi, filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli bildirib.

O qeyd edib ki, Arif Alışanovun sədrliyi illərində (2006-2019) AzTV dövlət büdcəsindən 900 milyon manatdan çox pul alıb: "Bəs hanı o 1 milyarda yaxın vəsait? Əməkdaşların maaş üzünə həsrət qaldığı o illərdə bu pul hara və nəyə xərclənib? TV tariximizin kriminal sifəti olan Alışanovdan bunu soruşan olacaqmı? Soruşan olacaqmı ki, nəyə görə hələ də AzTV-də 1996-cı ildə - N.Xudiyevin vaxtında alınmış kameralarla işləyirlər? Bəzi studiyalarda isə, hətta 1985-ci ilin istehsalı olan kameralar var. Bəs Alışanovun hər il büdcədən daha çox pul qoparmaq üçün uydurduğu “Cənubi Qafqazın 1 nömrəli TV-si” haqqında uydurduğu nağıllar necə oldu?! Dövləti və xalqı bu dərəcədə aldatmaq olarmı?

Deyirlər, AzTV-də plan üzrə növbəti audit yoxlaması aparılır. Lap yaxşı! Qoy zəhmət çəkib AzTV-ni həm yaradıcılıq, həm də texniki-texnoloji baxımdan xeyli geri salmış Arif Alışanovun yeyintilərini, himayədarları ilə birlikdə dövlətin milyonlarını necə dağıtmalarını, cinayət xarakterli maliyyə fırıldaqlarını aşkara çıxarsın. Çıxara bilərlərmi?!"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar