Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərişıq”-da kütləvi ixtisarlar başlayıb?

Ağcabədi EŞ-də 10 nəfər işdən çıxarıldı


Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsində 10 nəfərə yaxın şəxs işdən çıxarılıb.

AzToday.az xəbər verir ki, işdən çıxarılanlar Ağcabədi rayon şöbəsinin rəisi Fariz İsmayılovu qanunlara məhəl qoymamaqda və merkantil maraqlar güdməsində ittiham edirlər.

Qeyd edək ki, işdən çıxarılanlar arasında təcrübəli elektriklər də var. Məsələn, 20 ildir bu sahədə çalışan ali təhsilli elektrik Hafiz Xəlilov əsassız bir səbəbdən işdən çıxarılıb. Hafiz Xəlilov “Azərişıq” ASC-nin sədri Baba Rzayevə yazdığı müraciətdə bildirir ki, məzuniyyətdə olarkən müalicə olunduğuna görə işə getməməyi səbəbindən heç bir xəbərdarlıq edilmədən və əsassız olaraq əmək müqaviləsinə xitam verilib.

2 övlad atası olan Hafiz Xəlilovun redaksiyamıza təqdim etdiyi sənədlərdən məlum olur ki, o “Azərişıq” ASC-nin çox təcrübəli işçilərindən biri olub.

Azərişıq” ASC-nin sədri Baba Rzayevin imzaladığı əmrdə isə deyilir ki, Hafiz Xəlilovla bağlanan əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad edilib.

İşdən çıxarılan mühəndis-nəzarətçi Rövşən Məmmədovla imzalanan əmək müqaviləsinə də oxşar səbəbdən xitam verilib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

İşdən çıxarılan işçilər iddia edir ki, “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində yerliçilik edilir və idarə rəisi Canəhməd Əhmədovun Ağcabədi EŞ-nə qoyduğu müdir Fariz İsmayılovun yerli işçilərə mənfi münasibət sərgiləyir.

Ağcabədi rayon EŞ-də baş verənlərlə bağlı “Azərişıq” ASC-dən münasibət öyrənmək mümkün olmadı.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Ən çox oxunanalar