Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərenerji” 2018-ci il “zülmətinin” bir daha təkrarlanmaması üçün modern sistem

2018-ci ildə enerjisistemdə baş verən qəzanın bir daha təkrarlanmaması üçün “Azərenerji” qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessorlu rele mühafizəsi və modernləşdirilmiş yeni əks-qəza avtomatikası sistemi formalaşdırır.

Bu barədə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev bildirib.

Onun sözlərinə görə, yenilənmiş sistemin sayəsində hansısa bir elektrik stansiyası, sistem əhəmiyyətli yarımstansiya və ya xətdə baş verəcək qəza avtomatik olaraq lokallaşdırılacaq və bununla da saniyədən də az müddətdə ümumi sistemi əhatə etməsinin qarşısı alınacaq. Artıq layihələndirilən müasir mikroprosessorlu əks-qəza avtomatikası sistemi üçün xarici ölkələrdən gətirilən avadanlıqların hamısı qurlaşdırılıb ki, onların da 90 faizi işə qoşulub, digərlərində isə sazlama işləri davam edir.

Eyni zamanda son iki ildə tikilən və yenidən qurulan bütün elektrik stansiyaları və yarımstansiyalarda birbaşa yeni sistem tətbiq edilir. Yenidənqurmaya getməmiş köhnə elektrik stansiya və yarımstansiyalarda isə elektro-mexaniki mühafizə sistemi müasir sistemlə əvəzlənir. Həmçinin köhnə stansiya və yarımstansiyalarda lokal SCADA sistemi yaradılaraq Mərkəzi SCADA Dispetçer Sisteminə inteqrasiya edilir.

“Azərenerji” yeni əks-qəza avtomatikası və mikroprosessorlu rele mühafizəsi ilə yanaşı SCADA Dispetçer İdarəetmə Sisteminin yenidən qurulması, tezliyin tənzimlənməsi və reaktiv gücün konpensasiyası istiqamətində də ciddi layihələr gerçəkləşdirir.

Qeyd edək ki, 2018-ci ildə qəza baş verən “Azərbaycan” İstilik Elektrik Stansiyası son iki il ərzində tam yenidən qurulub. Paralel olaraq 12 elektrik stansiyası və 20-dən artıq yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri aparılıb və aparılmaqdadır.

pia.az 

 


Etiket: Azərenerji


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Ən çox oxunanalar