Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlər asanlaşdırılır

“Böyük Qayıdış” siyasətinin davamı olaraq Azərbaycan vətəndaşlarının və xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır...

Əgər indiyədək vətəndaşlar yalnız müəyyən istiqamətlərdə təşkil edilmiş avtobus reysləri və qrup şəklində turist səfərləri ilə işğaldan azad edilmiş ərazilərə səfər edirdilərsə, 27 dekabr 2023-cü il tarixindən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə TərtərGoranboy (Tapqaraqoyunlu kəndi) rayonlarından keçməklə mümkün olacaqdır.

Şuşa və Suqovuşan istiqamətində səfər üçün vətəndaşlara icazələrin verilməsi zamanı bir sıra tənzimləmələr tətbiq ediləcəkdir. Bu barədə ətraflı məlumatı “Yolumuz Qarabağa” portalı üzərindən əldə etmək mümkündür.

Səfəri sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan fərdi minik avtomobilləri ilə etmək mümkündür. Fərdi minik avtomobilləri dedikdə Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Bir minik avtomobilində sürücü də daxil olmaqla maksimum 9 nəfərin səfəri üçün icazə alına bilər. İcazələrin etibarlılıq müddəti Şuşa şəhəri üçün iki gün, Suqovuşan qəsəbəsi üçün isə bir gün olacaqdır. Səfərlərin nizamlı təşkili və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin dövrdə gün ərzində Şuşaya 80, Suqovuşana isə 60 minik avtomobilinin səfər etməsinə icazə verilməsi nəzərdə tutulur.

Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlar ilə tanış olmalı, həmçinin bu barədə özü ilə səfər edən şəxsləri məlumatlandırmalı,mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrut trayektoriyasından kənara çıxmamalı, yol ayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca dayanmadan son məntəqəyə qədər nəqliyyat vasitəsini idarə etməlidirlər. Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxanalarla əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

Bildiririk ki, Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turları, eləcə də “Yolumuz Qarabağa” portalı üzərindən təşkil edilən avtobus reysləri əvvəlki qaydada davam etdiriləcəkdir. Turist turlarında bundan sonra xarici vətəndaşların da iştirakına şərait yaradılır və turlarda iştirak üçün yerli və xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Suqovuşan istiqamətinə qrup səfərləri Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri tərəfindən təşkil ediləcəkdir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Ən çox oxunanalar