Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın elm və təhsil naziri Gürcüstana gedib

Emin Əmrullayev ilə Giorgi Amilaxvari arasında görüş keçirilib...

Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvarinin dəvəti ilə elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Bu barədə Poliqona Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində yerləşən Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.

Daha sonra Emin Əmrullayev ilə Giorgi Amilaxvari arasında görüş keçirilib. Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev də iştirak edib.

Müzakirələr zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. Hər iki ölkədə Azərbaycan və gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, bu məktəblər üçün dərsliklərin qarşılıqlı mübadiləsi yüksək qiymətləndirilib.

Görüşün sonunda ADA Universiteti ilə ayrı-ayrılıqda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti və Kutaisi Beynəlxalq Universiteti arasında əməkdaşlıq müqavilələrinin imzalanma mərasimi keçirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Baş prokuror 11 yaşlı Rasimin atasını və ailənin nümayəndəsini ikinci dəfə qəbul edib

Ən çox oxunanalar