Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs olundu

Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostova həbs olunub...

PİA.az "Report"a istinadən bildirir ki, bu barədə Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov açıqlama verib.

Mütəxəssis bildirib ki, narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu 9 ay müdddətinə azadlıqdan məhrum edilib.

Kişkilovun sözlərinə görə, hazırda Sliven həbsxanasında olan Kostova dopinq səbəbindən cəzalandırıldıqdan və ötən il Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında qazandığı qızıl medaldan məhrum edildikdən sonra depressiyaya düşüb: "Onun başqa peşəsi yoxdur. Yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar".

Məşqçi titullu atletin bu ilin noyabrında həbsdən çıxacağını söyləyib: "8 ay Plovdivdə istintaq təcridxanasında oldu. Bir kamerada üç qadın var idi. Həmin dövr çox çətin keçdi. Qadınlardan biri qatil, digəri dələduz idi. Bilmirəm necə sağ qaldı. Depressiyaya düşdü, amma bacardı. O, artıq iki aydır ki, Sliven həbsxanasındadır. Kostova ilə psixoloqlar işləyir. Prokurorluq 3 il həbs istəyirdi, amma bunun baş verməməsi üçün hər şeyi etdim".

Qeyd edək ki, Boynaka Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar