Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın beynəlxalq qanunlara dayanan haqq və hüquqların tanımaq istəməyən tərəfdaşları...

Litva və Estoniyanın xarici işlər idarələrinin açıqlamaları həm təəssüf, həm də təəccüb hissi doğurur...

Politoloq: “Litva və Estoniyanın həm Baltikyanı region ətrafında, həm də Qafqaz ətrafında durumu nəzərə almayaraq, birtərəfli şəkildə belə bir bəyanat səsləndirmələri təbii ki, Azərbaycan tərəfindən təəssüf doğurur”.

“Qarabağda heç də erməni əhalinin blokadada qalmasından söhbət gedə bilməz. Orada bir qrup separatçı, qanunu pozan cinayətkarlar erməni yerli əhalisini girov kimi saxlamaqdadırlar”.

Bu sözləri politoloq Zaur Məmmədov Litva və Estoniya dövlətlərinin Azərbaycana qarşı dəyişən siyasətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Litva və Estoniya dövlətləri tərəfindən Azərbaycan əleyhinə addımlar atılır. Əlbəttə ki, Litva və Estoniya xarici işlər idarələrinin açıqlamaları həm təəssüf, həm də təəccüb hissi doğurur. Çünki hər iki ölkə ilə Azərbaycanın münasibətləri bu günə qədər qarşılıqlı şəkildə çox yaxşı inkişaf edib.

Bəs dost ölkələr hesab edilən Litva və Estoniyanın Azərbaycana qarşı siyasəti niyə dəyişib?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Baltikyanı ölkələr hazırdakı Avropa ölkələri- Azərbaycan münasibətlərinə və dünyada yaranmış yeni geosiyasi, geoiqtisadi durumdakı prosesləri rasional şəkildə qiymətləndirməyi bacarmalıdırlar”.

Litva və Estoniyanın prosesləri dəqiqliklə öyrənməli olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, hər iki ölkə “Laçın dəhlizi”ndən indi hansı qüvvələrin, hansı məqsədlərə görə istifadə etmək niyyətində olduğunu yaxşı başa düşməlidirlər:

“Litva və Estoniya hazırkı geosiyasi prosesləri nəzərə almırlar. Yəni Litva və Estoniyanın həm Baltikyanı region ətrafında, həm də Qafqaz ətrafında durumu nəzərə almayaraq birtərəfli şəkildə belə bir bəyanat səsləndirmələri təbii ki, Azərbaycan tərəfindən təəssüf doğurur. Litva da, Estoniya da çox yaxşı başa düməlidirlər ki, Laçın dəhlizindən indi hansı qüvvələr, hansı məqsədlərə görə istifadə etmək niyyətindədirlər.

Orada heç də erməni əhalinin blokadada qalmasından söhbət gedə bilməz. Orada bir qrup separatçı, qanunu pozan cinayətkarlar erməni yerli əhalisini dustaq kimi saxlamaqdadırlar. Azərbaycan tərəfindən bütün yollar açıqdır. Sadəcə olaraq erməni əhalinin əksəriyyəti həmin separatçılar tərəfindən ola bilsin ki, çıxarılmağa buraxılmır. Hal-hazırda onlar elə bir imic yaratmaq istəyirlər ki, guya Azərbaycan belə bir təcavüzkar siyasətlə məşğuldur.

Baltikyanı ölkələr hazırdakı Avropa ölkələri- Azərbaycan münasibətlərinə və dünyada yaranmış yeni geosiyasi, geoiqtisadi durumdakı prosesləri rasional şəkildə qiymətləndirməyi bacarmalıdırlar”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Ən çox oxunanalar