Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yerli qaz sayğacları quraşdırılacaq

İlin bütün fəsillərində tələbata uyğun təbii qaz istehlakçıları qazla təmin olunur...

“2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq işləri cari ilin may ayında başlayıb, oktyabr ayında isə yekunlaşıb. Burada kilometrlərlə qaz xətlərinin yenilənməsi, o cümlədən təbii qaz istehlakçılarının dayanıqlı, fasiləsiz təbii qazdan istifadə olunması məqsədi ilə zəruri tədbirlər görülüb ki, qış mövsümündə havalar daha da şaxtalı qarlı keçdiyi bir dönəmdə təbii qaz təzhizatında hər hansı bir problemimiz yaranmasın.”

Bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib.

Şöbə rəisi həmçinin bildirib ki, SOCAR “Azəriqaz”ın qaz təchizatının verilməsi mövsümi xarakter daşımır:

"İlin bütün fəsillərində tələbata uyğun təbii qaz istehlakçıları qazla təmin olunur. Artıq bu aydan, yəni noyabr ayından etibarən sifarişçi tərəfindən qazanxanalara təbii qazın açılması üçün müraciətlər daxil olur ki, biz də həmin qazanxanalara təbii qazın verilişini istilik mövsümi ilə əlaqədar təmin edirik və buna da tam hazırıq”.

Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov isə növbəti ildən smart-kart tipli qaz sayğaclarının alışının nəzərdə tutulmadığını bildirib. Qurum rəsmisi qeyd edib ki, artıq ağıllı sayğacların quraşdırılması nəzərdə tutulub və bu sayğac da digər sayğaclardan daha üstündür. Şöbə rəisi həmçinin ötən ilin noyabrın 4-də SOCAR “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında məişət tipli qaz sayğaclarının gələcəkdə istehsalı ilə bağlı yoxlanışın aparılması, əməkdaşlığın qurulması ilə bağlı imzalanan memoranduma əsasən iki min ədəd qaz sayğacının artıq hazır olduğunu qeyd edib.

“Yaxın günlərdə hazırlanan sayğaclar təhvil götürüləcək və Birliyin Metrologiya Departamentində sınaq qurğularında yoxlanışı həyata keçiriləcək. Yoxlanışın nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək”, - qurum rəsmisi qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay