Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeni subsidiya sistemi tətbiq olunacaq - Fermer kooperativləri ilə bağlı

Gələn ildən Azərbaycanda fermer kooperativləri ilə bağlı yeni subsidiya sistemi tətbiq olunacaq

Bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

M.Əliyev qeyd edib ki, istifadədə olan 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkməyə görə kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10 faiz artırılmaqla tətbiq ediləcək.

Agentliyinin sədrinin sözlərinə görə, istehsal xərclərinin aşağı düşməsi, eyni zamanda, birgə fəaliyyət nəticəsində fermerlərin maliyyə imkanları genişlənəcək ki, bu da məhsuldarlığa müsbət təsir göstərəcək.

O deyib: “Əkin subsidiyası – fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Kənd təsərrüfatı istehsal vasitələri dedikdə mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid başa düşülür. Başqa sözlə, gələn ildən yanacaq və motor yağlarına görə subsidiya verilməyəcək”.

Hazırda buğda əkən fermer büdcədən hər hektara görə 90 manat (50 manat motor yağı və yanacaq subsidiyası da daxil olmaqla) subsidiya alır. Eyni zamanda, istehsalçılara dövlət tərəfindən mineral gübrəyə görə maksimum 50 manat, pestisidə görə 150 manatadək dəstək verilir. Gələn ildən ən azı bu məbləğin alınması üçün buğda üzrə əkin subsidiyasının baza məbləği (200 manat) 1,0 əmsala, məhsul subsidiyasının da baza məbləği (200 manat) 0,2 əmsala vurulmalıdır (160 manat + 40 manat = 200 manat).

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri, həmçinin vurğulayıb ki, yeni subsidiya sistemi çərçivəsində fermerlər heç bir bürokratik əngəllər olmadan, elektron sistem vasitəsilə müraciət edə biləcəklər.

M.Əliyevin sözlərinə görə, dövlət kənd təsərrüfatının bütün sahələrini fermerlər üçün tam şəkildə əlçatan edib.

“Bu sahə tam şəkildə liberallaşdırılıb. Bu işlərin məntiqi davamı kimi, fermerlər artıq gübrələri istədikləri təchizatçıdan ala bilirlər. Ümumiyyətlə aqrotexniki xidmətlər, istər gübrə, ting, istərsə də toxum bazarı liberallaşdırılır. Bu zaman isə həmin fermerlərin gübrə aldığı təchizatçılara 70 faizlik güzəşt “fermer kartı” vasitəsilə ödənilir. Artıq ilin sonunda fermerlərə yeni “fermer kartları”nın paylanmasına başlanılacaq. Bu, subsidiyaların alınması üçün hazırlanan xüsusi bank kartlarıdır. Kartlar vasitəsilə fermerlər bir çox funksiyaları gerçəkləşdirə biləcəklər. İndiki kartlarda tam məbləği nağdlaşdırmaq olur. Yeni kartlarda isə həm nağdlaşdırma, həm də nağdsız ödənişlər var. Kartlarda 25 faiz hissə nağdlaşdırılır, 75 faiz hissə isə aqrotexniki xidmətlərə görə nağdsız qaydada ödəniş ediləcək. Bu isə ölkədə nağdsız ödəniş sistemlərinin inkişafına xidmət edəcək, – deyə Agentliyin sədri bildirib. (Azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Ən çox oxunanalar