Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeni böyük magistral su kanalı çəkiləcək

Əhməd Əhmədzadə bunu rəsmi mətbuatda dərc edilən məqaləsində yazıb

Bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə 5 iyun – Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqaləsində yazıb.

Ə. Əhmədzadə bildirib ki, Şirvan düzünə yeni həyat verəcək Yuxarı Şirvan kanalının yenidənqurulması üzrə layihə sənədlərinin hazırlanması işləri davam etdirilib. Layihə çərçivəsində mövcud suvarılan və suvarılması nəzərdə tutulan yeni sahələrin müəyyənləşdirilməsi üçün Yevlax, Ağdaş, Ağsu, Kürdəmir, Ucar, Göyçay, İsmayıllı, HacıqabulŞamaxı rayonları üzrə yer quruluşu, topoqrafiya, geoloji-axtarış və digər işlər yerinə yetirilmiş, kanalın 123 km-lik hissəsinin yenidənqurulmasının layihə-smeta sənədləri hazırlanıb və hazırda aidiyyəti qurumlarla razılaşdırma işləri aparılır. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri qeyd edib ki, kanalın yenidənqurulmasında əsas məqsəd 1958-ci ildə istifadəyə verilmiş və uzun müddət fasiləsiz olaraq istismar olunmuş kanaldan baş verən sızma itkilərinin azaldılması, suvarma suyundan daha səmərəli istifadə olunması, gələcəkdə kənd təsərrüfatı sektoruna xidmət etmək üçün suburaxma qabiliyyəti daha böyük olan yeni bir magistral kanalın yaradılmasıdır: "Buna görə yeni Yuxarı Şirvan kanalı ümumi uzunluğu təxminən 190 km olan beton üzlükdə inşa olunacaq və əlavə sahələri suvarma suyu ilə təmin edəcək".(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Seçki İranda etnik, siyasi və sosial qarşıdurmaları daha da dərinləşdirir...

Beyləqanda qanunsuz sələm işi məşğul olanlar var? - Aidiyyatı qurumlar tədbir görməlidir

Ən çox oxunanalar