Gözlənildiyi kimi, Azərbaycanda çörək və un məmulatları istehsalçıları öz məhsullarının qiymətini qaldırıblar. Supermarket və mağazalarda zavodlarda istehsal olunan çörək 20 qəpik bahalaşıb.
Alverçilərin sözlərinə görə, çörəyin qiyməti yenə də arta bilər.
50 kiloqramlıq buğda ununun bir kisəsi 6-9 manat bahalaşıb.
***
Azərbaycanda unun qiyməti kəskin artıb.
Unun bahalaşmasının səbəbləri dünya bazarında qiymətlərin kəskin artması ilə izah olunur. Xüsusi ilə Azərbaycana əsas buğda ixracatcısı olan Rusiyada taxılın qiymətinin artması unun bahalaşmasını şərtləndirib.
Artıq topdansatış mərkəzlərində 50 kq-lıq “Karmen” ununun qiyməti 36 manata (əvvəl 26 manata satılırdı – red), “Faduoğlu” 38(28), “Sünbül” unu 39(29) manata satılır.
Unun bahalaşması çörəyin qiymətinə də təsir edib. Hətta bir sıra mağazalarda 40 qəpiklik çörək 60 qəpikdən satılır. Hakimiyyət rəsmiləri unun bahalaşması fonunda davam edən ajiotaja hələlik reaksiya verməyiblər.
pia.az