Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda diabet xəstələrinin sayı açıqlanıb

Şəkərli diabet tip 2 xəstəliyinin yaranma ehtimalını artıran səbəblərinə isə piylənmə, arterial hipertenziya, hiperlipidemiya (insanın qanında lipidlərin və/və ya lipoproteinlərin anormal yüksəlməsi), oturaq həyat tərzi, aşağı fiziki aktivlik və s. aiddirlər.

PİA.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova bildirib. Onun sözlərinə görə, Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada 537 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir:

"Ölüm səbəbi kimi kardioloji və onkoloji xəstəliklərdən sonra üçüncü yerdədir. Bu xəstəlik tək tibbi yox, həm də sosial, iqtisadi, psixoloji problemlər yaradır. Statistik məlumatlara görə, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayında artım müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da xəstələrin əksəriyyətində (85-90 faiz) 2-ci tip şəkərli diabet diaqnozu qoyulur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Ən çox oxunanalar