Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Rusiya XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub...

Bu barədə PİA.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, xarici siyasət idarələrinin başçıları cari vəziyyəti və koronavirusun yayılmasına qarşı mübarizə ilə bağlı hər iki dövlətin həyata keçirdiyi tədbirləri müzakirə ediblər.

Nazirlər gələn həftə ikitərəfli əməkdaşlıq məsələlərinin daha geniş müzakirəsini aparmağı razılaşdırıblar.

Qeyd edək ki, Rusiya koronavirusun diaqnostikası üçün Azərbaycana 70 dəst test sistemi verib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 652 000-i ötüb. Bunların 369 927 nəfəri sağalıb, 100 371 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

pia.az


Etiket: XİN ÜST

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Ən çox oxunanalar