Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və İran birgə antiterror təlimləri keçiriblər

Azərbaycan və İran Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri İranın Qərbi Azərbaycan əyalətində birgə antiterror təlimləri keçiriblər...

Bu barədə İslam Respublikası Ordusunun Quru Qoşunları komandanının müavini, general-mayor Kərim Çeşak məlumat verib.

"İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əldə olunmuş razılaşmalara əsasən, terrorçu qruplar tərəfindən təhlükə altında olan Araz çayı bəndinin təhlükəsizliyini təmin etmək məqsədilə Qərbi Azərbaycan əyalətində xüsusi təyinatlılar batalyonunun iştirakı ilə bir günlük antiterror təlimi keçirilib", - o bildirib.

General-mayor qeyd edib ki, təlim pilotsuz uçuş aparatları və helikopterlərin iştirakı ilə kəşfiyyat əməliyyatı, sərhəd patrul əməliyyatları, pusquların təşkili, artilleriya və hava zərbələrinin tətbiqi ilə bağlı dörd mərhələdən ibarət olub.

"Bu manevrlərin həyata keçirilməsi ikitərəfli münasibətlərin möhkəmlənməsinə və regionda təhlükəsizliyin təmin olunmasına kömək edir", - o əlavə edib.

Xatırladaq ki, mayın 19-da İranAzərbaycan Prezidentləri İbrahim Rəisi və İlham Əliyevin iştirakı ilə İran-Azərbaycan sərhədində Araz çayı üzərində yerləşən "Xudafərin" və "Qız-Qalası" su elektrik kompleksləri istifadəyə verilib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar