Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və İran arasında dənizçilik üzrə anlaşma imzalanacaq

Yaxın gələcəkdə İranla Azərbaycan arasında dənizçilik üzrə anlaşma imzalanacaq. Trend-in məlumatına görə, bunu İranın "Khazar" Gəmiçilik Şirkətinin icra direktoru Davud Təfti deyib.

D.Təftinin sözlərinə görə, bu anlaşma əsasən Şərq-Qərb Dəhlizində tranzit üzrə olacaq. Təfti əlavə edib ki, İran Azərbaycanla birlikdə Şimal-Cənub Dəhlizini aktivləşdirib. Bundan əlavə Şərq-Qərb Dəhlizində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

Şirkət rəsmisi bildirib ki, Azərbaycanİran Şərq-Qərb və Şimal-Cənub Dəhlizlərində yerləşirlər və Avropadan daşınan məhsullar bu vasitə ilə Fars körfəzinə nəql olunacaq: “Avropadan Asiya istiqamətində daşınan məhsullar Azərbaycan limanları vasitəsi ilə İran limanlarına nəql olunacaq. İran limanlarından isə şərq ölkələrə, o cümlədən Əfqanıstan və Pakistana daşınacaq”.

Təfti qeyd edib ki, “Khazar” Dənizçilik Şirkəti Cənubi Koreyadakı nümayəndəlik vasitəsi ilə müəyyən infrastrukturlar yaradıb ki, məhsullar birbaşa Cənubi Koreyadan İranın cənub limanlarına daşınsın və oradan dəmiryolu vasitəsi ilə və ya şimal limanları vasitəsi ilə Azərbaycana daşınsın.

Şirkət rəsmisinin sözlərinə görə, tranzit sahəsində müstəqil şəkildə addım atmaq mümkün deyil. Müştərilərə daha yaxşı xidmətlər təqdim edə biləcək hər bir addım bütün orqanlar tərəfindən dəstəklənməlidir. Missal üçün dəmiryolu bir sahədə daha uğurludursa, bütün digər orqanlar, o cümlədən gəmiçilik dəmiryoluna köməklik göstərməlidir ki, tranzit artsın.

Təfti qeyd edib ki, “Khazar” Gəmiçilik Şirkətinin məqsədi limanların potensialından maksimum istifadə etməkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Orban: Müharibəni bitirmək üçün Zelenski və Putin görüşməlidir

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Ən çox oxunanalar