Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan taekvondoçusu Avropa ikincisi olub

Ağayev həlledici döyüşdə Arslan Dəmirə (Türkiyə) uduzaraq, gümüş medalla kifayətlənib...

Azərbaycan taekvondoçusu Cavad Ağayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-21 Avropa çempionatında gümüş medal qazanıb.

“Report” xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı yarışın sonuncu günündə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

1/16 finalda Pablo Patinonu (İspaniya) məğlub edən taekvondoçu ardıcıl olaraq Aleksios Bouqasa (Yunanıstan), Furkan Körpeyə (Türkiyə) və Con Porxa (Almaniya) qalib gələrək finala yüksəlib.

Ağayev həlledici döyüşdə Arslan Dəmirə (Türkiyə) uduzaraq, gümüş medalla kifayətlənib.

Bununla da, Azərbaycanın Avropa çempionatında qazandığı mükafatların sayı üçə çatıb. Daha öncə Səyyad Dadaşov (54 kq) qızıl, Eltac Qafarov (74 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, yığma Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatında da qüvvəsini sınayacaq.

pia.az


Etiket: Cavad Ağayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay