Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Rusiya şirkətinin məhsulunun idxalına məhdudiyyət qoyub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “Stavropolskiy broyler” MMC-nin “Nevınnomısskiy” ət kombinatı filialı tərəfindən istehsal olunan, 11.05.2021-ci il tarixində “Hereti Bottling Company” MMC, 13.05.2021-ci il tarixində isə “AzFood Company” MMC tərəfindən ölkəmizə idxal edilən (ümumi çəkisi 37 842.88 kq) quşçuluq məhsulunda (toyuq dərisi) mikrobioloji (Salmonella <25 g) göstəricilərin yol verilən həddən çox olduğu aşkarlanıb. Faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində qərar qəbul edilib. Yüksək riskli müəssisə kimi istehsalçı və idxalçı müəssisələrin bütün idxal partiyaları laborator müayinələrə cəlb olunub.

Növbəti dəfə 10.08.2021-ci il tarixində Rusiya Federasiyasında fəaliyyət göstərən “Stavropolskiy broyler” MMC-nin “Nevınnomısskiy” ət kombinatı filialı tərəfindən istehsal olunan və “AzFood Company” MMC tərəfindən ölkəmizə idxal edilən (ümumi çəkisi 19 135.23 kq) quşçuluq məhsulundan (toyuq dərisi) nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulun mikrobioloji (Salmonella <25 g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar edilib. Aşkar olunmuş faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib, məhsulun idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Məsələ ilə əlaqədar Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumatlandırılıb.

Qeyd edək ki, daha əvvəl də aşkar edilmiş uyğunsuzluqlarla bağlı adıçəkilən müəssisədən məhsulların ölkəmizə idxalına müvəqqəti məhdudiyyət qoyulub və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin zəmanəti əsasında 2020-ci il 18 noyabr tarixində bu məhdudiyyət aradan qaldırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində davamlı tədbirlər görür.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay