Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Mətbuat Şurası jurnalist Şakir Yaqubovun vəfatı ilə bağlı nekroloq yayıb

Azərbaycan Mətbuat Şurası ustad jurnalist Şakir Yaqubovun vəfatı ilə bağlı nekroloq yayıb...

PİA.az xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan jurnalistikasına, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Tanınmış jurnalist, publisist, naşir və tərcüməçi, respublikamızın əməkdar mədəniyyət işçisi, müxtəlif nüfuzlu mükafatların sahibi Şakir Yaqubov 71 yaşında dünyasını dəyişib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Şakir Hənifə oğlu Yaqubov 25 fevral 1951-ci ildə Astara rayonunun Bala Şahağac kəndində anadan olub. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. BDU-da təhsil aldığı illərdə o dövrün populyar mətbu nəşrləri - “Azərbaycan gəncləri”, “Bakinski raboçi”, “Molodyoj Azerbaydjana”, “Bakı”-“Baku” qəzetləri ilə sıx əməkdaşlıq edib, universitetin qəzetində müxbir kimi çalışıb. Keçmiş Almaniya Demokratik Respublikasında keçdiyi hərbi xidmət illərində də jurnalistikadan ayrılmayıb, ordu ilə bağlı rusdilli qəzetdə müntəzəm yazılarla çıxış edib.

Çoxşaxəli yaradıcılıq diapazonuna malik Ş.Yaqubovun həyat yolu jurnalistikaya sonsuz sədaqət ruhuna köklənmişdi. Peşəkar jurnalist fəaliyyətinə 1974–cü ildən başlamış ustad qələm sahibi "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat" (indiki "Azərbaycan"), "Sirdaş", "Səhər" və "AFFA news", "Panorama" qəzetlərində xüsusi müxbirlikdən tutmuş baş redaktoradək ən müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən 10 il ərzində Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, "İqtisadiyyat və audit" elmi-praktik jurnalının məsul redaktoru olaraq fəaliyyət göstərib.

Ş.Yaqubov dövri mətbuatda işıq üzü görmüş onlarla sanballı yaradıcılıq nümunəsinin, çoxsaylı əsərlərin tərcüməçisi, publisistik kitabların və auditə həsr olunmuş 35-dən çox elmi-kütləvi nəşrin redaktoru olub. Jurnalistin müxtəlif janrlı, o cümlədən idmanla əlaqədar yazıları ayrı-ayrı toplulara, o cümlədən əxlaq mövzusunda "Sevirsə, qayıdacaq…" adlı oçerki IX siniflər üçün "Ailə həyatının etika və psixologiyası üzrə müntəxabat"a (Bakı, 1989-cu il) daxil edilib. Onun “Mən şahidəm ki...”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərir”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” kitabları ictimai-mədəni, sosial həyatın ayrı-ayrı sahələrinə dair həm ciddi bilgi mənbəyi, həm həyat bələdçisi, həm də tarixdir. Ş.Yaqubov istedadı publisistik fikri tarixlə çulğalaşdırmaq, ona salnaməçilik gətirmək bacarığındadır.

Ş.Yaqubov adı jurnalistikamızda tələbkarlıq, təşəbbüskarlıq, prinsipiallıq simvoludur. Neçə-neçə gənc jurnalist onun dəst-xəttindən faydalanaraq, qayğısı ilə əhatə olunaraq peşəyə gəlib, ictimai həyatda tanınıb, populyarlıq qazanıb. Bu mənada ustad qələm sahibini həm də məktəb kimi xarakterizə etmək üçün kifayət qədər əsaslar mövcuddur.
Ş.Yaqubovun yoxluğu onu tanıyan hər kəs, doğmaları, əzizləri, həmkarları, yüksək dəyər verdiyi peşəsinin ona qazandırdığı saysız-hesabsız dostları üçün son dərəcə ağırdır. Azərbaycan Mətbuat Şurası olaraq onların hər birinin kədərlərini bölüşür, səbir diləyirik. Bir daha mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!”.

pia.az 


Etiket: Şakir Yaqubov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay