Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Bütövlük Platformasının İdarə Heyəti formalaşdı - Bəhram İsmayılov sədr seçildi

Platformanın yaxın dövr üçün fəaliyyət proqramı qəbul olunub...

Ötən ay təsis edilən Azərbaycan Bütövlük Platforması İdarə Heyətinin ilk toplantısı keçirilib. ABP İdarə Heyətinin 11 nəfərlik tərkibi aşağıdakı kimi formalaşıb: Novella Cəfəroğlu (Dilarə Əliyeva adına Qadınlar Cəmiyyətinin sədri); Rafiq Turabxanoğlu (Turan Xalq Demokratik Partiyasının sədri); Çindiz Ğöytürk (Güney Azərbaycan Milli mücadiləsinin öncülü); Əhməd Obalı (Günaz TV-nin rəhbəri); Gülşən Məmmədoğlu (tarixçi alim, QHT rəhbəri); Ədalət Yusub (ADR sədr müavini); Bəhram İsmayıl (hərəkatçı, siyasətçi); Taleh Əliyev (Ümid Partiyası icra aparatının rəhbəri); Qorxmaz İbrahimli (MHB sədr müavini); Əli Həziquliyev (BAXCP sədr müavini); Nəsimi Şərəfxanlı ( VHP sədr müavini).

İdarə Heyəti tam yekdilliklə Bəhram İsmayılovun ABP sədr seçilməsinə qərar verib. Daha sonra ABP-nin simvolları haqda müzakirə edilib. Təşkilatın nizamnaməsinin hazırlanması üçün işçi qrup yaradılıb. Platformanın yaxın dövr üçün fəaliyyət proqramı qəbul olunub.

Xatırladaq ki, Azərbayca Bütövlük Platforması Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları birləşdirən ideoloji hərəkat kimi təsis edilib. ABP – nin məqsədi Azərbaycan xalqının öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar