Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan “Boeing 737 MAX-8″ təyyarələrin alqısı üzrə sazişə dəyişikliklər edir

“Boeing 737 MAX” təyyarələrinin “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) çatdırılması ilə bağlı sazişə dəyişikliklər edilməkdədir

Bu barədə “Report”un sorğusunu cavablandırarkən AZAL-ın Mətbuat xidmətindən bildirilib.

AZAL qeyd edib ki, təyyarələrin əldə olunmasının ən azı 5 il sonraya (2024-cü ildən başlayaraq) keçirilməsi planlaşdırılır: “Sözügedən tarixədək “Boeing 737 MAX”ın texniki imkanlarının və təhlükəsizlik məsələsinin aydın olacağı tam şəkildə bilinəcək”.

Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın “Silk Way Airlines” şirkəti və “Boeing” korporasiyası 10 ədəd “Boeing 737 MAX-8″ təyyarəsinin alqısı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri, təxminən, 1 milyard dollara bərabər olub. Təchizat üç il ərzində edilməli idi.

Hələlik isə, AZAL mövcud təyyarə parkından aktiv istifadə edəcək. Şirkət dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boeing”, “Airbus” və “Embraer” – təyyarələrindən istifadə edir.

Xatırladaq ki, dünən “Boeing 737 MAX”ın istismarı 2019-cu ilin IV rübündə bərpa olunması ilə bağlı məlumatlar yayılmışdı. 2018-ci ilin oktyabr ayında İndoneziyanın “Lion Air” şirkətinə məxsus “Boeing 737 Max 8” tipli təyyarəsinin Yava dənizi üzərində qəzaya uğraması nəticəsində təyyarədəki 189 nəfərin hamısı həlak olmuşdu. Bu ilin mart ayında həmin model təyyarənin Efiopiya üzərində qəzaya uğraması nəticəsində 57 nəfər dünyasını dəyişib. İstehsalçı tərəfindən hər iki halda MCAS avtomatik idarəetmə sisteminin pozulduğu etiraf edilib. Bundan sonra bir çox hava şirkətləri adıçəkilən model təyyarələrinin istismarını dayandırıblar.

Bir qədər əvvəl “The Wall Street Journal” “Boeing 737 Max” təyyarələrinin sertifikat verilməsində yeni sınaqlar aparıldığı ilə bağlı istismara 2020-ci ilin əvvəlindən tez olmamaq şərtilə qaytarıla biləcəyini bildirmişdi. Həmin təyyarələrin istismardan kənarlaşdırılmasına görə “Boeing”in itkiləri 4,9 milyard dollar dəyərində qiymətləndirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ən çox oxunanalar