Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan banklarının defolt təhlükəsi - Kollaps riski böyükdür...

Azərbaycanda 2015-ci ildə baş verən maliyyə böhranıın təkrar olunması ehtimalı varmı?..

İqtisadçı-ekspert: “Ümid edirik ki, Mərkəzi Bank problemə daha ciddi yanaşacaq və daha effektiv mexanizmlər işləyib hazırlayaraq bank sektoru üçün yaranan risklərin ən azından bir qisminin aradan qaldırılmasına öz tövhəsini verə biləcək”.

“Mərkəzi Bank banklara birbaşa mərkəzləşdirilmiş kreditlər, aşağı faizli, yaxud da faizsiz kreditlər təklif etməklə mövcud situasiyada bankların defolt riskindən xilas olmasına çalışmalıdır”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Azərbaycanda bank sektorunun indiki vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Bəzi məlumatlara görə pandemiyanın yaratdığı vəziyyət Azərbaycanln bank sistemində ciddi tənəzzülə səbəb olub. Xüsusən Azərbaycan banklarının ucuz maliyyə resurslarlna əlinin çatmaması vıziyyəti daha da dramatikləşdirir.

Hazırda Azərbaycanın maliyyə sektorundakı vəziyyəti normal və etibarlı vəziyyə kimi dəyərləndirmək mümkündürmü, yoxsa bank sektorunun kollapsı qaçınılmaz görünür? Ümumiyyətlə neftin kəskin düşməsi və pandemiya fonunda Azərbaycanda 2015-ci ildə baş verən maliyyə böhranıın təkrar olunması ehtimalı varmı?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovla müzakirə edib.

Rəşad Həsənov: “Artıq əmanətlərin tam sığortalanması mexanizmi ilə də bağlı konkret qərarların qəbul edilməsinin vaxtı çatıb”.

Mərkəzi Bank problemə daha ciddi yanaşaraq və daha effektiv mexanizmlər işləyib hazırlayaraq bank sektoru üçün yaranan risklərin ən azından bir qisminini aradan qaldırılmasına öz tövhəsini verməli olduğunu düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, əgər mövqe 2015-ci ildən sonrakı dövrdə ortaya qoyulan mövqe ilə oxşar olarsa, bu zaman bank sektoru uzun müddət çox ciddi tənəzzül riskləri, problemlərə üz-üzə qalacaq. Çünki həmin dövrdə adekvat mövqe ortaya qoyulmadı:

“Ümumiyyətlə götürəndə Azərbaycanın bank sektoru hələ 2015-ci ildən sonra yaranmış problemlərdən tam olaraq xilas ola bilməyib. Baxmayaraq ki, sağlamlaşdırmaq istiqamətində müəyyən tədbirlər görüldü, amma əhalinin və eyni zamanda biznesin kredit qaytarma qabiliyyəti tam olaraq bərpa olunmadı. Həmçinin bank sektorunda hələ də toksik aktivlərin həcmi kifayət qədər yüksək idi. 2019-cu ildə problemin həlli ilə bağlı proqramın təsdiqləndiyinə baxmayaraq problem həll edilmədi. İndi də bu istiqamətdə vəziyyət heç də ürəkaçan deyil.

Pandemiyanın təsirləri də məhz iqtisadiyyatın resersiyaya daxil olması ehtimalını gücləndirdi. Bu da problemlərin təkrar ortaya çıxmasına gətirib çıxardı. Belə ki, həm vətəndaş, həm də biznes kreditləri qaytarmaq imkanından müəyyən qədər məhrum olublar. Belə şərtlər daxilində təbii ki, bank sektoru üçün heç də ürəkaçan bir perspektiv planlaşdırmaq mümkün deyil.

Bildiyimiz kimi 19 mart sərəncam ilə ölkə başçısı tərəfindən Mərkəzi Bankın rəhbərliyi altında işçi qrupu yaradıldı. Bu işçi qrupunun əsas vəzifə də məhz növbəti dövrlər üçün bank sektorunda yaranan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər planının işlənib hazırlanması, eyni zamanda maliyyə sabitliyinin təmin edilməsi məsələsidir.

Rəşad Həsənov: “Bank sektorunun əhali arasında reputasiyası hələ tam olaraq bərpa olunmayıb”.

Ümid edirik ki, Mərkəzi Bank problemə daha ciddi yanaşacaq və daha effektiv mexanizmlər işləyib hazırlayaraq bank sektoru üçün yaranan risklərin ən azından bir qisminin aradan qaldırılmasına öz tövhəsini verə biləcək. Əgər mövqe 2015-ci ildən sonrakı dövrdə ortaya qoyulan mövqe ilə oxşar olarsa, bu zaman əminliklə demək olar ki, bank sektoru uzun müddət çox ciddi tənəzzül riskləri, problemlərə üz-üzə qalacaq. Çünki həmin dövrdə adekvat mövqe ortaya qoyulmadı.

Cari situasiya isə daha mürəkkəbdir. Çünki bu həm qlobal səviyyədə, həm də ölkə səviyyəsində iqtisadiyyatda böyük təhlükələr, risklər formalaşdırıb. Geriləmələr qaçılmazdır. Belə bir şərtlər daxilində də, xüsusilə əhalinin və biznesin müəyyən dövr üçün kredit öhdəliklərindən tətillərin verilməsi məsələsi, beləliklə də əslində kredit qaytarma davranışlarında formalaşması ehtimal olunan intizamsızlığın məhdudlaşdırılması bu gün Mərkəzi Bank qarşısında duran əsas vəzifələdən biridir.

Rəşad Həsənov: “Risklərin artması artıq qoyulan əmanətlərin kütləvi şəkildə geri çəkilməsi üçün çağrışlar yaradır”.

Digər məsələ məhz bankların öz kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməsi məsələsidir. Düşünürəm ki, Mərkəzi Bank bu istiqamətdə daha adekvat mövqe ortaya qoymalıdır. Mərkəzi Bank banklara birbaşa mərkəzləşdirilmiş kreditlər, aşağı faizli, yaxud da faizsiz kreditlər təklif etməklə mövcud situasiyada bankların defolt riskindən xilas olmasına çalışmalıdır. Çünki bank sektorunun əhali arasında reputasiyası hələ tam olaraq bərpa olunmayıb. Bu şərtlər daxilində risklərin artması artıq qoyulan əmanətlərin kütləvi şəkildə geri çəkilməsi üçün çağrışlar yaradır.

Həmçinin artıq əmanətlərin tam sığortalanması mexanizmi ilə də bağlı konkret qərarların qəbul edilməsi vaxtı çatıb. Ümid edirəm ki, yaxın həftələrdə Mərkəzi Bank ona verilmiş vaxtın başa çatması ilə əlaqədar olaraq çox ciddi və əhatəli tədbirlər planı ortaya qoyacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Bank


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Ən çox oxunanalar