Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan 4 ölkə ilə gömrük tranzitinin rəqəmsallaşdırılmasını planlaşdırır

76 ölkə xarici ticarəti və malların sərhədlər boyunca maneəsiz hərəkətini asanlaşdırmaq üçün razılığa gəliblər...

BMT-nin qlobal gömrük tranzit sistemi “TIR Konvensiya”nı imzalayan 76 ölkə xarici ticarəti və malların sərhədlər boyunca maneəsiz hərəkətini asanlaşdırmaq üçün bu il fevralın 5-də əməliyyatların online intermodal layihə “eTIR” sistemi üzərindən aparılması barədə razılığa gəliblər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, yeni sistem hər il, təxminən, 1-3,5 milyon yük maşınının sərhədlərdən sürətli keçidini təmin edəcək.

“20 illik müzakirələr nəticəsində “eTIR” razılaşmasının imzalanması "TIR Konvensiya"sının 70 illik tarixində yeni bir mərhələdir. Son illərdə daha çox ölkə, xüsusi ilə Çin, Hindistan və Yaxın Şərqin aparıcı dövlətlərinin bu Konvensiyaya qoşulması beynəlxalq ticarət və əlaqələrin davamlı inkişafını təmin edəcək”, – BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olga Algayerova bildirib.

Qeyd edək ki, 2017-ci ildən İran-Türkiyə, Gürcüstan-Türkiyə arasında “eTIR” sistemi çərçivəsində pilot layihələr həyata keçirən təşkilat Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukrayna arasında intermodal layihənin həyata keçirilməsini ilə bağlı müzakirələr, Azərbaycanla İran arasında isə eTIR- layihəsi hazırlıq mərhələsindədir.

Xatırladaq ki, 34 min nəqliyyat və logistika şirkəti tərəfindən istifadə edilən “eTIR” sistemi, sərhəd-keçid məntəqələrində sərf olunan vaxtı təxminən 80%, xərcələri isə 38%-ə qədər azaldır.

pia.az


Etiket: eTIR sistemi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Ən çox oxunanalar