Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayın 13-ü cümə gününə təsadüf edərsə... - Diqqətli olun!

Bu inanış xristianlıqdan öncəyə qədər gedib çıxsa da, İsa peyğəmbərin son yeməyində 13 nəfərin olması əsas səbəb hesab edilir

Ayın 13-nün cümə gününə təsadüf etməsinin uğursuzluq gətirdiyinə inanılır.

PİA.az “Yeni Sabah”-a istinadən qeyd edir ki, bu inanc ədəbiyyatda, musiqidə, filmlərdə belə öz əksini tapıb.

13-cü cümənin uğursuzluğuna inanış o qədər qüvvətlidir ki, bu fobiyanı əks etdirən termin ("paraskevidekatriaphobian") belə var.

İnancın qaynağı

Bu inanış xristianlıqdan öncəyə qədər gedib çıxsa da, İsa peyğəmbərin son yeməyində 13 nəfərin olması əsas səbəb hesab edilir.

13-ün uğursuzluğu başqa cür də izah edilir:12 rəqəmi bötövlüyü təmsil edir. Məsələn, bir ildə 12 ay, 12 bürc, 12 saat sistemi, Olimpusun 12 allahı və s. 13 rəqəmi isə bu bütövlüyü pozur.

Xristianlarda 13 fobiyası geniş yayılıb. Məsələn, fransızlar heç bir evə 13 nömrəsini vermirlər. Küçələrin adlandırılmasında belə 13-dən istifadə olunmur. Dünyanın bir çox ölkəsində binaların 13-cü mərtəbəsi yoxdur. Hətta uşağa ad qoyarkən belə, 13-ün nəhsliyi nəzərə alınır. Belə ki, adında 13 hərf olan insanların şeytanla əlaqəsi olduğuna inanılır.

Cümə günü İsa peyğəmbərin çarmıxa çəkildiyi və Adəm ilə Həvvanın qadağan olunmuş meyvəni yediyi gün hesab olunur. Bu günlə bağlı batil inanclardan birinə görə, 13-cü cümə günü saçını kəsdirən şəxsin ailəsindən bir nəfər ölür. Bu gün doğulan uşaq bir ömür boyu şanssız olur.

Faktlar nə deyir?

Böyük Britaniyanın “British Medical” adlı jurnalı maraqlı araşdırma aparıb. Ayın 6-na təsadüf edən cümə günləri ilə 13-nə təsadüf edən cümələrdə baş vermiş qəzaların sayı müqayisə edilib. Məlum olub ki, 13-cü cümədə qəzaların sayı 52 faiz artır.

Alman Sığorta Statistikaları Mərkəzinin apardığı araşdırmanın nəticələri isə bunun tam əksini deyir. Mərkəz ayın 13-nə təsadüf edən cümələrdə daha az qəza, yanğın, oğurluq hadisəsi baş verdiyini deyir. Bu isə insanların 13-cü cümə qorxusu səbəbilə evdən çölə çıxmamaları ilə izah edilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

Ən çox oxunanalar