Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayaqlarını pəncərədən çıxaran sürücü və sərnişin həbs edildilər - Video

Şamaxıda sərxoş vəziyyətdə ayağını çölə çıxararaq avtomobil idarə edən şəxs məsuliyyətə cəlb edilib...

"Qafqazinfo" xəbər verir ki, rayonun Mədrəsə qəsəbəsində hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücü və sərnişininin ayaqlarını çölə çıxararaq cəmiyyətə açıq hörmətsizlik etməsi ilə bağlı görüntülər yayılıb. Digər hərəkət iştirakçıları üçün təhlükə yaradan maşındakı şəxslərin hərəkəti qəsəbə sakinlərinin də narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, ictimai qaydanı pozan şəxslər saxlanılıblar:

"Sürücünün 21 yaşlı Səyyad Pənahov, sərnişinin isə 22 yaşlı Səxavət Nəzərov olduğu müəyyən edilib. Həmin vaxt sərxoş vəziyyətdə olan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə S.Pənahov sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 15 sutka, S.Nəzərov isə 10 sutka inzibati qaydada həbs olunub".

Poliqon.info


Etiket: Sürücü Həbs


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Sabiq generalın milyonluq əmlakı satışa çıxarıldı: Oğlu aldı

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Raşid Beqlaryana hökm oxunub

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? - Video  

Bakıda dənizdə "Mercedes" markalı maşının gətirdiyi müəmma: İkisi qardaş olmaqla üç nəfər yoxa çıxıb - Yenilənib, Video

Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə görüşüb

Stoltenberq: NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb

Ən çox oxunanalar